
Elon Musk Beynəlxalq Kosmik Stansiyanı tez zamanda okeanda batırmağı təklif edib
Elm & Texnologiya
17.06.2025
Emil Nəcəfov
Elon Musk Roskosmos-un Beynəlxalq Kosmik Stansiyanı (BKS) hermetikliyin itirilməsindən qorumaq üçün stansiyanın çatlayan gövdəsini mütəmadi olaraq hermetik vasitə ilə işləməsinə inanmaqdan imtina edir. Yaxın günlərdə kosmonavtlar yenidən Zvezda modulunun içərisindən keçərək hava təzyiqində yaranmış anomaliyaya cavab olaraq çat doldurucu maddə ilə gövdəni bərpa ediblər. Onlar sızmanı aradan qaldırıblar, lakin SpaceX-in rəhbəri Musk fəlakət baş vermədən əvvəl BKS-in orbitdən çıxarılmasını təklif edir. “SpaceX astronavtların və yüklərin BKS-ə çatdırılmasından milyardlarla dollar qazanmasına baxmayaraq, mən yenə də rəsmi olaraq tövsiyə edirəm ki, stansiya 2 il ərzində orbitdən çıxarılsın” - deyə Musk özünün X sosial şəbəkəsində yazıb.

Hazırda Rusiya, ABŞ, Yaponiya, Kanada və Avropa Birliyinin birgə idarə etdiyi Beynəlxalq Kosmik Stansiyanın yaşı təxminən dörddə bir əsrə çatır. Stansiyanın bölmələrinin daşıyıcı gövdəsi alüminiumdan hazırlanıb. Uzunmüddətli qızma və soyuma prosesləri nəticəsində metal daha kövrək hala gəlib və bu da mikroskopik çatların yaranmasına səbəb olub. Stansiyanın və ya onun modullarının dərhal dağılması ehtimalı azdır, lakin zamanla elə bir çat əmələ gələ bilər ki, bu, ekipajın həyatı üçün ciddi təhlükə yarada bilər. Bir neçə gün əvvəl Rusiya xidmət modulu Zvezda-da hava təzyiqi ilə bağlı baş vermiş anomaliya səbəbilə NASA Axiom Space şirkətinə məxsus Ax-4 missiyasının özəl ekipajının BKS-ə göndərilməsini təxirə saldı.

Yeni buraxılış tarixi hələ ki, Roskosmos vəziyyəti tam aydınlaşdırana qədər müəyyən edilməyib. Müxtəlif məlumatlara görə, Rusiya 2028-ci ildən sonra BKS-dən istifadəyə son qoya bilər. NASA isə stansiyadan ən azı 2030-cu ilə qədər, hətta ondan da uzun müddət istifadə etməyi planlaşdırır - əgər bu vaxta qədər ABŞ-ın özəl alternativi yaranmasa. ABŞ çalışacaq ki, orbitdə yalnız Çin qalmasın. Bununla belə, BKS-in orbitdən çıxarılması planı artıq təsdiqlənib. Bu missiya SpaceX şirkətinə həvalə olunub. Şirkət bunun üçün daha böyük yanacaq ehtiyatına malik yük gəmisi Dragon-un genişləndirilmiş versiyasını hazırlayacaq. Orbitin korreksiyası aparılmadığı təqdirdə, BKS özü tədricən Yerə yaxınlaşacaq və atmosferin yuxarı qatlarında sürtünmə nəticəsində yavaşlayacaq. Son mərhələdə isə SpaceX-in gəmisi stansiyaya impuls verərək onu əvvəlcədən müəyyən edilmiş okean bölgəsində batıracaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Trump administrasiyası SpaceX-in bütün dövlət müqavilələrinə yenidən nəzər yetirəcək

Trump administrasiyası SpaceX-in bütün dövlət müqavilələrinə yenidən nəzər yetirəcək
Məlumata əsasən Trump administrasiyası Elon Musk-ın rəhbəri olduğu SpaceX şirkəti ilə bağlanmış bütün dövlət müqavilələri üzrə hesabat toplamağa davam edir. Bu göstəriş ABŞ prezidenti Donald Trump tərəfindən, Musk-la yaşadığı açıq mübahisədən sonra verilib.
SpaceX Avropanın kosmik sahəsini tamamilə zəbt edə bilər

SpaceX Avropanın kosmik sahəsini tamamilə zəbt edə bilər
Mənbələrin verdikləri məlumata əsasən bu ilin sonunadək Airbus, Thales və Leonardo şirkətləri əsasında Avropanın kosmik sahədə fəaliyyət göstərən bir monopolist qurumunun yaradılması üzrə danışıqlar başa çata bilər.
Tesla-nın pilotsuz taksi xidmətinin bu ayın sonunda istifadəyə verilməsi planlaşdırılır

Tesla-nın pilotsuz taksi xidmətinin bu ayın sonunda istifadəyə verilməsi planlaşdırılır
Adi bir izləyici üçün görünə bilər ki, Elon Musk sərvətini yerinə yetirilməyən vədlər üzərindən qazanıb. Lakin bu ay Tesla şirkətinin həyatında vacib bir hadisə baş verəcək.
NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
Keçən həftə ABŞ-ın NASA agentliyinin və Pentaqonun rəsmiləri SpaceX ilə rəqabət aparan şirkətləri öz daşıyıcı raketlərini və kosmik aparatlarını daha sürətlə inkişaf etdirməyə çağırıblar. Bu çağırış SpaceX-in sahibi Elon Musk ilə ABŞ prezidenti Donald Trump arasında yaşanmış münaqişədən sonra edilib.
Trump, Musk-ın ABŞ büdcəsi qanununu tənqid etməsindən narazıdır

Trump, Musk-ın ABŞ büdcəsi qanununu tənqid etməsindən narazıdır
Elon Musk sənədi tənqid edərək bildirib ki, bu qanunun həyata keçirilməsi dövlət xərclərinin və büdcə kəsirinin artmasına səbəb olacaq. Donald Trump isə Şimali Amerika dövlətinin büdcəsi ilə bağlı qanun layihəsinə mütəmadi şəkildə tənqidlər yönəldən Musk-ın bu davranışından getdikcə daha çox narahat olmağa başlayıb.
Həftənin xəbərləri

