Dünyanın ilk 3D printerlə inşa edilən otelin tikintisinə başlanılıb! (VİDEO)
Elm & Texnologiya
27.09.2024
Farid Pardashunas
ABŞ-ın Texas ştatında dünyanın ilk 3D printerlə inşa edilən otelin tikintisinə başlanılıb. Tikintinin 2026-cı ildə başa çatdırılması planlaşdırılır.
Son dövrlərdə həyatımızın demək olar ki, hər sahəsində gördüyümüz 3D printerlər tədricən daha böyük layihələrdə istifadə olunmağa başlayıb. Məsələn, ABŞ-ın Texas ştatında bir şirkət, dünyanın ilk 3D printer ilə inşa edilmiş otelinin tikintisinə başlayıb. 2026-cı ildə tamamlanması planlaşdırılan bu inşaat, 3D printer sektorunun gəldiyi son nöqtəni nümayiş etdirdiyi üçün olduqca əhəmiyyətlidir. Əslinə baxsaq, 3D printerlər ilə tikilmiş kiçik evlər mövcuddur. Ən azından bu sahədə aparılan işlər davam edir. Ancaq bir otelin inşası indiyə qədər görülməmiş bir şey idi. ABŞ-ın Texas ştatında yerləşən otel və düşərgə sahəsi El Cosmico, 40 hektarlıq ərazidə 43 yeni otel vahidi və 18 mənzili 3D printerlə inşa edəcək.
El Cosmico-nun sahibi Liz Lambert, mövzu ilə bağlı verdiyi açıqlamada 3D printer texnologiyasının üstünlüklərindən danışıb. Verilən məlumata görə, bir oteli 3D printerlə tikmək həm asan, həm də ucuz başa gəlir. Daha əvvəl belə bir yaradıcılıq səviyyəsinə çatılmadığını bildirən Liz Lambert, 3D printer texnologiyasının inşaat sektoru üçün möhtəşəm bir yenilik olacağını ifadə edib. Bu arada, otelin inşasını həyata keçirən şirkət Texas-da yerləşən ICON adlı 3D printer şirkətidir. ICON, hazırda evlərimizdə olan 3D printerlərin çox daha böyük bir versiyasını istifadə edir. Xammal olaraq isə plastik deyil, Lavacrete adlanan xüsusi bir sement növündən istifadə edilir. Beləliklə, binanın dayanıqlılığı artırılmış olacaq.
3D printerlər inşaat sektoru üçün kifayət qədər yeni cihazlardır. Lakin Avstraliyada fəaliyyət göstərən Charles Darwin Universitetində çalışan alim Milad Bazli, bu vəziyyətin gələcəkdə dəyişəcəyini deyir. Onun fikrincə, uzunmüddətli perspektivdə 3D printerlər inşaat sektorunda ixtisaslı işçilərin yerini alacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Tarixdə ilk dəfə olaraq, kosmosda 3D printerlə metal parçası istehsal edilib!
Tarixdə ilk dəfə olaraq, kosmosda 3D printerlə metal parçası istehsal edilib!
Beynəlxalq Kosmik Stansiyadakı astronavtlar, 3D printerdən istifadə edərək metal ehtiyat hissələri istehsal etməyi bacarıblar.
Dünyada ilk dəfə qəpik ölçüsündə 3D printer hazırlanıb!
Dünyada ilk dəfə qəpik ölçüsündə 3D printer hazırlanıb!
MIT və Texas Universitetinin tədqiqatçıları, dünyanın ilk çip əsaslı 3D printerini hazırlayıblar. Qəpik ölçülü 3D printer, ani istehsalatda inqilabi yenilik edə bilər.
Dünyanın ən böyük 3D printeri evi 80 saata inşa edir
Dünyanın ən böyük 3D printeri evi 80 saata inşa edir
Men Universitetinin (Men ştatı) əməkdaşları dünyanın polimer əsaslı ən böyük 3D printerini hazırlayıblar.
80 saatda bir ev tikən bilən dünyanın ən böyük 3D printeri təqdim edilib!
80 saatda bir ev tikən bilən dünyanın ən böyük 3D printeri təqdim edilib!
Dünyanın ən böyük polimer 3D printeri olan Gələcəyin Fabriki 1.0 (FoF 1.0) təqdim edildi. Bu nəhəng 3D printer ilə kiçik bir ev tikmək dörd gündən az bir vaxt və ya cəmi 80 saat çəkir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ