main-post-cover

    Dünyanın ən sürətli şarj olan elektrikli avtomobil batareyası təqdim edilib!

    Elm & Texnologiya
    27.09.2024
    Farid Pardashunas

         Çin avtomobil sənayesi dünyanın ən sürətli şarj olan elektrikli avtomobil batareyasını təqdim edib. CATL və SAIC-GM-in birgə əməkdaşlığı ilə hazırlanmış bu batareya, 6C-lik effektiv şarj olma sürəti təklif edir.

         General Motors-un Çindəki ortaq müəssisəsi SAIC-GM və batareya nəhəngi CATL dünyanın ən sürətli şarj olunan elektrikli avtomobil batareyasını təqdim edib. Litium Dəmir Fosfat (LFP) strukturu üzərində qurulmuş bu batareya, 6C kimi inanılmaz bir şarj sürətinə çataraq Geely-nin əvvəlki rekorda sahib olan Golden Battery-sini (5.5C) geridə qoyur. Yeni batareya gələn ildən etibarən General Motors-un 900 voltluq Ultium platformasında istifadə olunmağa başlayacaq. Şarj prosesinin səmərəliliyini artırmaq və sabit performans əldə etmək üçün xüsusi bir elektrolit tətbiq edilib. Sözügedən elektrolit, keçiriciliyi artırmaq və özlülüyü azaltmaq üçün optimallaşdırılmış bir formulaya sahibdir. Yeni formula, batareyanın daha səmərəli işləməsini təmin edərək litium ionlarının hərəkətini sürətləndirir.
        Giriş hissəsində adı çəkilən Golden Battery, 10.5 dəqiqədə 10%-dən 80%-ə qədər dolum səviyyəsinə çatır. Lakin SAIC-GM və CATL tərəfindən hazırlanmış yeni batareya, bu müddəti 10 dəqiqədən aşağı salmaq potensialına sahibdir. Bu inkişaf, şarj müddətlərini daxili yanma mühərrikli nəqliyyat vasitələrinin yanacaq doldurma müddətlərinə yaxınlaşdıraraq elektrikli avtomobillərin daha sürətlə mənimsənilməsini təmin edə bilər.
        SAIC-GM tərəfindən edilən açıqlamada 6C batareyanın cəmi 5 dəqiqəlik şarjla 200 kilometrdən çox məsafə qət edə bildiyi bildirilib. Bundan əlavə, bu vəziyyətin batareya ilə işləyən elektrikli avtomobil (BEV) istifadəçilərinin məsafə narahatlığını xeyli azaldacağı vurğulanıb. Çin, batareya texnologiyalarında Koreya, Avropa və Yaponiya sənayelərindən çox daha irəlidədir. 2023-cü ildə dünyada istehsal olunan batareyaların 85%-nin Çindən gəlməsi də bunu sübut edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Norveçdə elektromobillərin sayı benzinlə çalışan ənənəvi avtomobillərin sayını ötüb
    norvecde-elektromobillerin-sayi-benzinle-calisan-enenevi-avtomobillerin-sayini-otub
    Məşhur avtomobil istehsalçıları elektromobillərə tam keçidi təxirə salırlar
    meshur-avtomobil-istehsalcilari-elektromobillere-tam-kecidi-texire-salirlar
    BYD-nin elektrikli super avtomobili, saatda 375 km sürətə çata bilib! (VİDEO)
    byd-nin-elektrik-super-avtomobili-saatda-375-km-surete-cata-bilib-video
    Elektrikli avtomobil satışları əhəmiyyətli dərəcədə artıb!
    elektrikli-avtomobil-satislari-ehemiyyetli-derecede-artib
    Araşdırmalara görə, elektrikli avtomobil batareyaları 15 il əvvəlkindən 90% daha ucuzdur!
    arasdirmalara-gore-elektrikli-avtomobil-batareyalari-15-il-evvelkinden-90-daha-ucuzdur