Çinin Dongfeng şirkəti, avtomobil fabriklərində insanabənzər robotlardan istifadə edəcək!
Elm & Texnologiya
04.06.2024
Farid Pardashunas
Çin avtomobil istehsalçısı Dongfeng, insanabənzər robotlar hazırlayan "Ubtech Robotics" şirkəti ilə strateji müqavilə imzalayıb. Şirkət Ubtech-in insanabənzər robotlarını avtomobil istehsalı proseslərində tətbiq edəcək.
Dongfeng şirkəti, 1960-cı illərin sonlarından fəaliyyət göstərir və SAIC, Changan Auto və FAW Group-dan sonra dördüncü ən böyük Çin dövlət avtomobil istehsalçısıdır. Şirkətin törəmə müəssisəsi Dongfeng Liuzhou Motor, Fengxing bayrağı altında krossoverlər və MPV-lər, həmçinin Lingzhi və Jingyi üçün mikroavtobuslar və müxtəlif nəqliyyat vasitələri istehsal edir. Şirkət, istehsal proseslərini daha da avtomatlaşdırmaq üçün robot texnikası üzərində işləyən "Ubtech Robotics" şirkəti ilə əməkdaşlıq etdiyini açıqlayıb.
Ubtech-in ən qabaqcıl modellərindən biri Walker S adlı insanabənzər robotdur və hazırda NIO kimi Çin avtomobil istehsalçılarının elektrik avtomobillərinin istehsalında istifadə olunur. Walker S robotları, təhlükəsizlik kəmərinin yoxlanılması, qapı kilidi testləri, gövdə keyfiyyətinin yoxlanılması, yağ doldurma və etiket tətbiqləri kimi istehsal proseslərində istifadə olunacaq. Bildirilir ki, insanabənzər robotlar, mürəkkəb ssenariləri insan müdaxiləsi olmadan idarə etmək üçün ənənəvi avtomatik istehsal avadanlıqları ilə birlikdə çalışacaq. Ubtech Walker S robotlarının hündürlüyü 1.7 metrdir və zavod sistemləri ilə real vaxt rejimində ünsiyyətə və məlumat mübadiləsinə imkan verən "fusion control" alqoritmi ilə təchiz olunub. Ətraf mühiti dərk edə, cisimlər və insanlarla qarşılıqlı əlaqə qura bilən inkişaf etmiş sensor qabiliyyətlərə malik robotlar, 41 yüksək performanslı servo birləşmə ilə işləyir
İndiki vaxtda insanabənzər robotlar getdikcə inkişaf etdikcə, avtomobil istehsalçılarının tədricən bu robotlardan öz istehsal xəttlərində istifadə etməyə başladığını görürük. Elektrikli avtomobil istehsalçılarından biri olan Tesla da Optimus adlı pilotsuz robota sahibdir. Şirkət, Donfeng kimi istehsal proseslərində öz robotlarından istifadə etməyi düşünür. Getdikcə avtonomlaşan istehsal prosesləri insan amilini aradan qaldırmağa başlayıb. Bu vəziyyət şirkətlər üçün sərfəli olsa da, işsiz insanların saylarının artması sosial problemlərə gətirib çıxara bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!