main-post-cover

    Çin, saatda 1000 km sürətə çata bilən dünyanın ən sürətli qatarını sınaqdan keçirməyə başlayıb!

    Elm & Texnologiya
    08.08.2024
    Farid Pardashunas

         Çin, yeni layihələrlə sərhədləri aşmağa davam edir. Belə ki, Çin, bir müddətdir inkişaf etdirdiyi ultra yüksək sürətli (UHS) maqlev (iki maqnit klasterinin istifadə edildiyi bir dəmir yolu nəqliyyat sistemidir) qatarının sınaqlarını tamamlayaraq mühüm bir mərhələyə çatıb.

         Çində hazırlanmış UHS, aşağı vakuum borulu maqnit levitasiya nəqliyyat sistemi üzrə tam ölçülü sınaq layihəsindən əvvəl sınaqları tamamlayıb. Sınaq aşağı vakuum mühitində 2 km uzunluğunda boru kəmərində superkeçirici maqlev vasitəsi ilə aparılmışdır. Məlumatlara görə, qatar əvvəlcədən müəyyən edilmiş əyriyə uyğun olaraq idarə olunan hərəkət, balanslaşdırılmış asma və təhlükəsiz dayanmada uğurlu olub.
         Aparılan sınaqlar onu göstərib ki, nəqliyyat vasitəsinin maksimal sürəti və asma hündürlüyü əvvəlcədən müəyyən edilmiş dəyərlərə uyğundur, eyni zamanda bütün sistemlər normal işləyir və nəqliyyat vasitəsinin hərəkət zolağı nəzəri trayektoriyaya yaxından uyğun gəlir. Sınaq, həmçinin uzun məsafəli, geniş miqyaslı vakuum mühitinin, superkeçirici naviqasiya nəzarətinin və digər əsas texnologiyaların yaradılması və saxlanmasını, eləcə də aşağı vakuum mühitində müxtəlif sistemlər arasında koordinasiyanı və bütün sistemin işini təsdiqləyib.
         Çin, 2022-ci ildə UHS maqlev nəqliyyat sisteminin tikintisinə başlayıb. Aviasiya və kosmik texnologiyanı quru dəmir yolu nəqliyyatı texnologiyası ilə birləşdirən sistem, saatda 1000 km sürətə çatmağı hədəfləyir. Sistemin gələcəkdə Çinin meqapolis klasterləri arasında daşımalarda istifadə edilməsi planlaşdırılır. Sistem, uğurlu olduqdan sonra Pekin və Şanxay (təxminən 1200 km) arasındakı səyahət cəmi 1 saat yarıma qədər azaldıla bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Çin, canlı quşlardan fərqlənməyən kəşfiyyat PUA-ları hazırlayır! (VİDEO)
    cin-canli-quslardan-ferqlenmeyen-kesfiyyat-pua-lari-hazirlayir-video
    ABŞ, Çinə qarşı “qəddar” sanksiyalar qoymağı planlaşdırır!
    abs-cine-qarsi-qeddar-sanksiyalar-qoymagi-planlasdirir
    Microsoft, Çin bazarındakı mağazalarının qapılarını bağlayır!
    microsoft-cin-bazarindaki-magazalarinin-qapilarini-baglayir
    Çinli elektrik avtomobil istehsalçıları, hökuməti Avropadan qisas almağa çağırır!
    cinli-elektrik-avtomobil-istehsalcilari-hokumeti-avropadan-qisas-almaga-cagirir
    Çin, yaşıl hidrogen istehsalında dünyanın bütün ölkələrini geridə qoyur!
    cin-yasil-hidrogen-istehsalinda-dunyanin-butun-olkelerini-geride-qoyur