Çin dünyanın ən güclü maqnitini istehsal edib!
Elm & Texnologiya
28.10.2024
Farid Pardashunas
Çin, yüksək maqnit sahəsi texnologiyasında uğurla yeni bir dövr açmış ola bilər. Hefei Fizika Elmləri İnstitutu, 42 tesla rezistiv maqnitlə ABŞ-ın 2017-ci ildən bəri olan 41.4 teslalıq rekordunu yeniləyib.
22 sentyabrda elan edilən bu yenilik, Çin Elmlər Akademiyasının illərlə apardığı araşdırma və inkişaf işlərinin nəticəsidir. Tam 32.3 meqavat güc mənbəyi ilə işləyən bu super maqnit, elm adamlarına material araşdırmalarında müxtəlif imkanlar təqdim edəcək. Laboratoriyanın akademik direktoru Guanli Kaung, bu gücdə olan maqnit sahələrinin maddələrin əsas xüsusiyyətlərini öyrənməkdə kritik əhəmiyyət daşıdığını vurğulayaraq, "Bu texnologiya fizika və kimyada yeni kəşflərə yol açacaq. Gündəlik həyatda istifadə olunan texnologiyaların inkişafında mühüm rol oynayacaq" deyə qeyd edib.
Yüksək maqnit sahəsi tədqiqatlarında Fransa, Yaponiya, Hollandiya və ABŞ kimi ölkələrin sırasına qoşulan Çin, bu sahədə fəaliyyət göstərən 6-cı ölkə səviyyəsinə yüksəlib. Keçmişdə bu tip araşdırmalardan yaranan Nobel mükafatlı kəşflər sahənin elmi potensialını üzə çıxarır.
Mütəxəssislər, bu yeniliyin təkcə bir rekord qırmaqdan ibarət olmadığını, həm də gələcəkdə texnoloji inkişaflara səbəb olacağını bildirir. Superkeçiricilər, kvant materialları və yeni nəsil enerji sistemləri kimi sahələrdə aparılacaq tədqiqatlar üçün kritik əhəmiyyət kəsb edən bu texnologiya, Çinin elmi infrastrukturunun gəldiyi səviyyəni də ortaya qoyur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Çinli alimlər Mars atmosferindən istifadə edərək işləyən batareya hazırlayıblar!
Çinli alimlər Mars atmosferindən istifadə edərək işləyən batareya hazırlayıblar!
Çinli alimlər Mars atmosferindən yanacaq kimi istifadə edən unikal bir batareya hazırlayıblar. Çətin şərtlərdə işləyə bilən bu batareya, ənənəvi litium-ion batareyalarından çox daha yüksək enerji sıxlığına malikdir.
Apple-ın Çindəki fabriki blokadaya alınıb!
Apple-ın Çindəki fabriki blokadaya alınıb!
Smartfon dünyasının ən böyük adı olan Apple, iPhone istehsalının böyük bir hissəsini Çində həyata keçirir. Ancaq xüsusilə Çin və Tayvan arasındakı gərgin vəziyyət, böyük şirkətlərin fəaliyyət sahələrinə də mənfi təsir edir.
Çin istehsalı elektromobillərin nəyə görə belə ucuz satıldıqları məlum olub
Çin istehsalı elektromobillərin nəyə görə belə ucuz satıldıqları məlum olub
Yaponiyanın Çubu adlı mərkəzi regionunda Çin istehsalı avtomobillərin qeyri-adi sərgisi fəaliyyətə başlayıb. Keçirilən sərginin qeyri-adi tərəfi isə ondadır ki, sərgidəki Çin istehsalı avtomobillər hər bir vintə kimi hissələrə ayrılmış şəkildə təqdim olunub.
Çin, 6G terahertz bağlantısı ilə daha bir ilkə imza atıb!
Çin, 6G terahertz bağlantısı ilə daha bir ilkə imza atıb!
Çinli tədqiqatçılar dünyada bir ilkə imza ataraq terahertz simsiz rabitə texnologiyası vasitəsilə yüksək dəqiqlikli video siqnallarını 1.2 kilometr məsafəyə uğurla ötürə biliblər.
Çin insanlı Ay səyahəti üçün yeni skafandrını təqdim edib!
Çin insanlı Ay səyahəti üçün yeni skafandrını təqdim edib!
Çin, 2030-cu ilə qədər Ayın səthinə astronavt göndərmək üçün iddialı planlarını sürətləndirir. Çin eyni zamanda bu planlar üçün istifadə olunacaq yeni skafandrlarını da təqdim edib.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!