main-post-cover

    Büdcəli smartfonlar üçün MediaTek Helio G100 prosessoru təqdim edilib

    Elm & Texnologiya
    08.08.2024
    Emil Nəcəfov
         MediaTek şirkəti büdcəli smartfonlar üçün nəzərdə tutulmuş yeni prosessorunu təqdim edib. Söhbət, MediaTek Helio G100-dən gedir. Bu prosessorun əsas fərqləndirici özəlliyi ondan ibarətdir ki, o, yüksək MP göstəricili kameraların dəstəklərini əldə edib. Beləliklə MediaTek Helio G100 prosessoru 8 nüvəlidir. O özündə 2.2 GHz tezlikdə çalışan 2 ədəd Cortex-A76 nüvəsini və 2.0 GHz tezlikdə çalışan 6 ədəd Cortex-A55 nüvəsini birləşdirir.
          Prosessor LPDDR4X standartlı RAM yaddaşlarını və UFS 2.2 standartlı daxili yaddaş həcmlərini dəstəkləyir. Bununla yanaşı bu yeni prosessor 2520x1080 piksel keyfiyyətinə kimi olan ekranların və 200 MP-ə kimi olan kameraların dəstəklərinə sahibdir. MediaTek Helio G100-ü ilk əldə etmiş smartfon TECNO Camon 30S Pro oldu. Lakin yaxın zamanda bu yeni prosessora sahib daha çox smartfon təqdim ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    MediaTek Dimensity 8400 subflaqman prosessoru təqdimata hazırlaşır
    mediatek-dimensity-8400-subflaqman-prosessoru-teqdimata-hazirlasir
    Büdcəli smartfonlar üçün MediaTek Dimensity 7350 prosessoru təqdim edilib
    budceli-smartfonlar-ucun-mediatek-dimensity-7350-prosessoru-teqdim-edilib
    MediaTek şirkəti süni zəka funksiyalarına sahib desktop ARM prosessorlarını hazırlayır
    mediatek-sirketi-suni-zeka-funksiyalarina-sahib-desktop-arm-prosessorlarini-hazirlayir
    Orta səviyyəli smartfonlar üçün MediaTek Dimensity 7300 və Dimensity 7300X prosessorları təqdim edilib
    orta-seviyyeli-smartfonlar-ucun-mediatek-dimensity-7300-ve-dimensity-7300x-prosessorlari-teqdim-edilib
    MediaTek Dimensity 9400 flaqman prosessorunun təfərrüatları açıqlanıb
    mediatek-dimensity-9400-flaqman-prosessorunun-teferruatlari-aciqlanib