Böyük Britaniyada dünyanın ən böyük qaranlıq maddə detektoru tikiləcək!
Elm & Texnologiya
16.09.2024
Farid Pardashunas
Kainatın kütləsinin 85%-ni təşkil etdiyi güman edilən, lakin hələ aşkar edilə bilməyən qaranlıq maddə hissəciklərini aşkar etmək üçün Böyük Britaniyada dünyanın ən böyük hissəcik detektoru qurulacaq.
Layihə, qlobal Xenon Lux-Zeplin Darwin (XLZD) Konsorsiumunun bir hissəsi olan Elm və Texnologiya Obyektləri Şurasının (STFC) Boulby Yeraltı Laboratoriyası ilə əməkdaşlıq çərçivəsində Imperial College London tərəfindən idarə olunur. Laboratoriyanın direktoru və baş alim professoru Sean Paling, layihənin əhəmiyyəti haqqında belə söyləyir: “Qaranlıq maddənin varlığını kəşf etmək və ya hətta onun varlığını inkar edə bilmək, elm üçün böyük bir sıçrayış olacaq və kainat anlayışımızı dəyişdirəcək".
Təklif olunan detektor, qaranlıq maddənin tədqiqində böyük bir irəliləyiş təmin edəcək. Onun LZ təcrübəsi kimi tanınan hazırkı ən böyük təcrübədən 10 dəfə böyük olacağı gözlənilir. Ölçüdəki bu artım, detektorun həssaslığını əhəmiyyətli dərəcədə artıracaq və potensial olaraq qaranlıq maddə hissəciklərinin geniş spektrini aşkarlaya biləcək. O, həmçinin qaranlıq maddə hissəcikləri ilə adi maddə arasında nadir qarşılıqlı təsirləri aşkar etmək imkanını artıracaq.
Detektor, 100 tona qədər maye ksenonu saxlaya bilən nəhəng termosa bənzər böyük yeraltı quruluş olacaq. Alimlər gözləyirlər ki, qaranlıq maddə hissəcikləri Yer üzərində hərəkət etdikcə, detektorun içindəki ksenonla bəzən qarşılıqlı təsirə girəcəklər. Bu qarşılıqlı təsirlərin kiçik işıq parıltıları yaratması gözlənilir. Alimlərin qaranlıq maddə hissəciklərinin mövcudluğunun sübutu kimi təhlil etmələri üçün kiçik, lakin aşkar edilə bilən işıq çaxmaları yaradılacaq və qeydə alınacaq. Təcrübənin harada yerləşəcəyi hələ dəqiq müəyyən edilməsə də, Böyük Britaniya universitetləri və Boulby Yeraltı Laboratoriyası tərəfindən həyata keçirilən bu təməl işləri, təcrübənin uğurlu olması üçün ən yaxşı şəkildə necə qurulacağına qərar verməkdə mühüm rol oynayacaq.
STFC-də bir komanda, Boulby mədənində XLZD detektorunu yerləşdirə biləcək yeni yeraltı elmi obyekt üzərində işləyir. Bu obyekt, 2 mərhələdə tikiləcək. İlk olaraq, 2028-ci ildə təxminən 1100 metr dərinlikdə təmiz istehsal obyektinin tikintisinə başlanacaq. Daha sonra isə 2030-cu ildə eksperimentin aparılacağı 1300 metr dərinlikdə böyük laboratoriya zalı tikiləcək. XLZD Konsorsiumu, kainatın bu sirrini həll etmək üçün aparıcı qaranlıq maddə tədqiqat qruplarını bir araya gətirərək yeni komandalar yaradacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
NASA, Yupiterin peykində nəhəng vulkan kəşf edib!
NASA, Yupiterin peykində nəhəng vulkan kəşf edib!
Elm adamları, NASA-nın 2 missiyası tərəfindən yarım əsr aralıqla çəkilmiş şəkilləri müqayisə edərək Yupiterin peyki Io-da nəhəng yeni aktiv vulkan aşkar ediblər.
Alimlər, isti şəraitdə özünü soyuda bilən robot geyim hazırlayıblar!
Alimlər, isti şəraitdə özünü soyuda bilən robot geyim hazırlayıblar!
Hong Kong Politeknik Universitetinin (PolyU) tədqiqatçıları, həddindən artıq isti şəraitdə çalışanlar üçün inqilabi bir texnologiya hazırlayıblar: Ətraf mühitin temperaturuna avtomatik uyğunlaşa bilən, nəfəs alan və istilik izolyasiyalı yumşaq robotik geyim.
Süd Yolu qalaktikasının mərkəzindəki nəhəng qara dəliyin necə əmələ gəldiyi kəşf edilib!
Süd Yolu qalaktikasının mərkəzindəki nəhəng qara dəliyin necə əmələ gəldiyi kəşf edilib!
Süd Yolu qalaktikasının mərkəzindəki superkütləli qara dəlik olan Sgr A*-nın 9 milyard il əvvəl qalaktikaların birləşməsindən əmələ gəldiyi aşkar edilib.
Alimlər, antibiotiklərin niyə təsir etmədiyinə dair həll yolu axtarırlar!
Alimlər, antibiotiklərin niyə təsir etmədiyinə dair həll yolu axtarırlar!
Son illərdə antibiotik müqavimətinin sürətlə artması bakterial infeksiyaların müalicəsini çətinləşdirir, bu da xəstəliklərin yayılma riskini, ağır xəstəlikləri və ölüm hallarını artırır. Bir zamanlar möcüzə dərman hesab edilən antibiotiklər, bakteriyaların davamlı olaraq təkamül etməsi nəticəsində təsirini itirməyə başlayıb və elm adamları, bu problemə həll yolu axtarırlar.
Robotları daha sürətli və güclü edən elektro-hidravlik əzələ sistemi hazırlanıb! (VİDEO)
Robotları daha sürətli və güclü edən elektro-hidravlik əzələ sistemi hazırlanıb! (VİDEO)
Müasir robotların çoxu yerimək üçün motorlara güvənirlər. Bununla belə, elektro-hidravlik əzələ sistemi ilə robotların elektrik mühərrikləri yerinə əzələlərdən güc aldıqları yeni bir dövr başlayır.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ