main-post-cover

    Bill Gates-in startapı CO2 qazı və sudan qida yağı əldə edir (VİDEO)

    Elm & Texnologiya
    18.07.2024
    Emil Nəcəfov
         Bill Gates tərəfindən maliyyələşdirilən Savor adlı startap CO2 qazı və sudan qida yağının əldə olunması üsulunu hazırlayıb. Heyvanların və bitkilərin istifadəsini tələb etməyən bu proses ənənəvi süd məhsulları və bitki alternativlərinin istehsalları ilə müqayisədə karbon izini daha aşağı salır. Savor startapının texnologiyasının əsasında termokimyəvi proses dayanır. Bu proses çərçivəsində havadan əldə edilən CO2 qazı və sudan əldə edilən hidrogen qızdırılaraq oksidləşirlər və bu öz növbəsində yağ turşularının ayrılmasına və yağın formalaşmasına səbəb olur.
         Gates-in sözlərinə əsasən bu proses parnik qazları ifraz etmir, kənd təsərrüfatının istifadəsini tələb etmir və ənənəvi kənd təsərrüfatı ilə müqayisədə 1000 dəfə daha az suyun istifadəsini tələb edir. Ən əsası isə bu texnologiya rahatlıqla miqyaslaşa bilir. Gates bildirib ki, bu üsul vasitəsilə əldə edilən qida yağının dadı əsl qida yağının dadına bənzəyir. Bütün bu üstünlüklərə baxmayaraq insanları ənənəvi süd məhsullarını təcrübi məhsullarla əvəz etməyə inandırmaq elə də asan iş olmayacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Bill Gates, Microsoft-u şirkətdə vəzifəsi olmadan idarə edirmiş!
    bill-gates-microsoft-u-sirketde-vezifesi-olmadan-idare-edirmis
    Bill Gates "insanları çipləşdirmək" kimi bir plana sahib olmadığını bildirib
    bill-gates-insanlari-ciplesdirmek-kimi-bir-plana-sahib-olmadigini-bildirib
    Bill Gates süni zəka ilə bağlı yeni proqnozlarını açıqlayıb
    bill-gates-suni-zeka-ile-bagli-yeni-proqnozlarini-aciqlayib
    Bill Gates: "Süni zəka vasitəsilə 3 günlük iş həftəsi real ola bilər"
    bill-gates