Ayın qaranlıq tərəfindən əldə edilmiş süxur nümunələri digərlərindən fərqlənir
Elm & Texnologiya
18.09.2024
Emil Nəcəfov
Çinin Chang'e-6 adlı aparatı Ayın qaranlıq tərəfindən yığılmış süxur nümunələrini iyun ayının sonunda uğurlu şəkildə Yer kürəsinə çatdırmışdı. İndi isə Ayın qaranlıq tərəfindən əldə edilmiş süxur nümunələrinin tərkibləri barəsində ilkin məlumatlar ortaya çıxıb. Süxur nümunələrinin analizi ilə bağlı tam elmi məqalələr yalnız 1 ildən sonra təqdim olunacaq. Lakin çinli alimlər bu qədər vaxt uzatmadan ilkin məlumatları təqdim ediblər.
Beləliklə məlumata əsasən daha öncə Ay səthindən Yer kürəsinə çatdırılmış bütün süxur nümunələrindən fərqli olaraq Ayın qaranlıq tərəfindən çatdırılmış süxur nümunələri aşağı sıxlığa sahibdirlər. Təkcə bu faktor həmin süxur nümunələrinə marağı artırır. Lakin bu, yeganə məlumat deyil. Belə ki, daha öncə Ay səthindən Yer kürəsinə çatdırılmış bütün süxur nümunələri əsasən bazalt tərkibli olublar. Ayın qaranlıq tərəfindən çatdırılmış süxur nümunələrində isə çoxlu sayda kənar maddələr aşkar edilib.
Aşkar edilmiş çoxlu sayda kənar maddələr geoloji səviyyədə yenidirlər. Alimlər güman edirlər ki, onların əllərinə Ay süxuru ilə Ay səthinə bir neçə müddət bundan öncə düşmüş müxtəlif materiallardan təşkil edilmiş qarışıq düşüb. Chang'e-6 aparatının Ayın qaranlıq tərəfindəki eniş sahəsi zərbə sonrası yaranmış bir neçə yeni kraterə sahibdir. Çox güman ki, həmin kraterlər süxur nümunələrinin əldə edildiyi sahənin səthini tullantı məhsulları ilə çirkləndiriblər. Nəticədə alimlər təyin ediblər ki, Ayın qaranlıq tərəfindən çatdırılmış süxur nümunələrinin tərkiblərində şüşə və çöl şpatı hissəcikləri var.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Ayda hələ də aktiv vulkanlar ola bilər!
Ayda hələ də aktiv vulkanlar ola bilər!
Çinin Aydan nümunələr toplayıb, Yerə gətirən tarixi Chang'e 5 missiyasından əldə edilən məlumata görə, elm adamları Ayda hələ də aktiv vulkanların ola biləcəyini düşünürlər.
Ay bazası üçün kosmosda Ay torpağından hazırlanmış kərpiclər sınaqdan keçiriləcək!
Ay bazası üçün kosmosda Ay torpağından hazırlanmış kərpiclər sınaqdan keçiriləcək!
Çinin kosmik proqramı, tam sürətlə işləməyə davam edir. İndi tədqiqatçılar, Ayda yerli materiallardan hazırlanmış kərpiclərin ekstremal mühitlərə necə tab gətirəcəyini araşdırmaq istəyirlər.
Çinli alimlər Ay süxurlarından su əldə edə biliblər
Çinli alimlər Ay süxurlarından su əldə edə biliblər
Çinli alimlər gələcəkdə Ayda olacaq yaşayış məntəqələrinin su problemlərini həll edəcək vacib kəşfi ediblər.
Ayın səthindən əldə edilmiş süxur nümunələrində su aşkar edilib
Ayın səthindən əldə edilmiş süxur nümunələrində su aşkar edilib
2020-ci ildə Çinin Chang’e-5 adlı aparatı Ayın görünən tərəfinə eniş etmiş və onun səthindən süxur nümunələrini yığaraq Yer kürəsinə çatdırmışdı.
Yer ilə Ay arasında məlumat axını üçün "magistral yol" çəkiləcək!
Yer ilə Ay arasında məlumat axını üçün "magistral yol" çəkiləcək!
Həqiqətən də Yerlə Ay arasında magistral yol çəkiləcək, lakin burada avtomobil yollarından deyil, informasiya şəbəkələrindən istifadə olunacaq. Elm adamları, təklif olunan informasiya magistralı üçün 30 peykdən istifadə etməyi planlaşdırır.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!