Apple Vision Pro-nu beyin implantı vasitəsilə beyinə qoşmaq mümkün olub (VİDEO)
Elm & Texnologiya
31.07.2024
Emil Nəcəfov
Neyron texnologiyaları sahəsində fəaliyyət göstərən Synchron şirkəti öz beyin implantının uğurlu şəkildə Apple Vision Pro cihazına qoşulduğunu elan edib. Qeyd etmək lazımdır ki, Synchron tərəfindən hazırlanmış beyin-kompüter interfeysi müxtəlif səbəblərdən bədən hissələrini hərəkət etdirə bilməyən insanların fikir gücü vasitəsilə texnoloji cihazları idarə edə bilmələri üçün nəzərdə tutulub. Şirkət artıq ABŞ-da 6 pasientə, Avstraliyada isə 4 pasientə öz beyin-kompüter interfeysini implantasiya edib. Adətən istifadəçilər Apple Vision Pro-nu göz/əl hərəkətləri və səsli əmrlər vasitəsilə idarə edirlər.
Synchron isə öz növbəsində Apple şirkətinin bu qarışıq reallıq cihazını nitq və bədənin yuxarı hissələrini hərəkət etdirmək bacarığından məhrum olmuş insanlar üçün əlçatan edib. Şirkətin CEO-su Thomas Oxley-in fikrincə Apple Vision Pro öz kateqoriyasında ən yaxşı cihazdır və şirkət məhz bu səbəbdən onun üçün xüsusi interfeysi hazırlayıb. Bununla yanaşı Synchron gələcəkdə öz beyin implantları ilə digər istehsalçıların bənzər cihazları arasında əlaqəni təmin etməyi planlaşdırır. Thomas Oxley bildirib ki, Apple bu təşəbbüsü yüksək şəkildə dəstəkləyib. Qeyd etmək lazımdır ki, Synchron-un beyin implantı pasientə daxili vidaci vena vasitəsilə implantasiya edilir.
Buna görə də pasientin beynində bilavasitə cərrahi əməliyyatın keçirilməsinə ehtiyac qalmır. Daxili vidaci vena üzərindən orqanizmə yeridilən implant nəticədə beynin fiziki hərəkətlərdən cavabdeh sahəsi üzərində yerləşən damara çatdırılır. Bu halda insanın sinə hissəsində dərinin altında yerləşən anten beynin siqnallarını əldə edərək onları xarici cihazlara ötürür. Mark adında 64 yaşlı şəxs öz növbəsində Synchron şirkətinin Apple Vision Pro ilə bağlı təşəbbüsündə iştirak etmiş ilk şəxs olub. Şirkət 2023-cü ilin avqust ayında bu şəxsə öz beyin interfeysini implantasiya etmişdi. Qeyd etmək lazımdır ki, Mark, yan amiotrofik skleroz xəstəliyindən əziyyət çəkir.
Bu xəstəlikdən əziyyət çəkən şəxslər tədricən öz əzələləri üzərindəki idarəni itirməyə başlayırlar. Qeyd etmək lazımdır ki, məşhur alim Stephen Hawking də bu xəstəlikdən əziyyət çəkib. Mark-a yan amiotrofik skleroz diaqnozu 2021-ci ilin yanvar ayında qoyulmuşdu. Həmin vaxtdan o, çiyin, əl və bilək əzələlərinin funksionallığını itirib. Lakin bununla belə o hələ də danışa və qısa məsafələrdə hərəkət edə bilir. Mark öz beynində olan implantın müxtəlif imkanlarını mənimsəmək üçün həftədə iki dəfə 2 saat ərzində Synchron şirkətinin mütəxəssislərinin iştirakı ilə məşqlər edir.
O bildirib ki, bu ilin aprel ayından başlayaraq zaman-zaman Apple Vision Pro-nu test edir və bu cihazı mətn formatında mesajların göndərilməsində və televizorun izlənməsində istifadə edə bilir. Onun sözlərinə əsasən beyin implantı vasitəsilə Vision Pro-nun idarəsi iPhone, iPad və ya kompüterin idarəsindən heç də fərqlənmir. Mark artıq öz əllərini hərəkət etdirə bilmədiyi üçün Vision Pro-nu üstəlik rəsmlərin tərtib edilməsi üçün də istifadə edir. Synchron öz növbəsində bu mövzuda daha çox pasientin iştirakı ilə daha geniş klinik araşdırmaların aparılmasına hazırlaşır. Şirkətin CEO-su Thomas Oxley-in fikrincə bu, rəqəmsal texnologiyalardan istifadə bacarığının bərpasına istiqamətlənmiş yeni terapevtik üsulun başlanğıcıdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple şirkətinin fərdi 5G modemini ilk əldə edəcək iPhone modellərinin adları açıqlanıb
Apple şirkətinin fərdi 5G modemini ilk əldə edəcək iPhone modellərinin adları açıqlanıb
Artıq məlumdur ki, Apple şirkəti öz cihazlarını fərdi 5G modem ilə təmin etmək istəyir və artıq bir neçə ildir ki, öz 5G modemini hazırlamağa çalışır.
Apple Intelligence ekosisteminin süni zəka funksiyalarının iOS 18-də nə zaman istifadəyə veriləcəkləri açıqlanıb
Apple Intelligence ekosisteminin süni zəka funksiyalarının iOS 18-də nə zaman istifadəyə veriləcəkləri açıqlanıb
Apple şirkətinin keçən ay baş tutmuş WWDC 2024 konfransı çərçivəsində Apple Intelligence ekosistemi təqdim olundu.
iPhone 18 Pro smartfonları 2 TB daxili yaddaş həcmini əldə edə bilərlər
iPhone 18 Pro smartfonları 2 TB daxili yaddaş həcmini əldə edə bilərlər
iPhone 16 smartfon seriyasının sentyabr ayında təqdim olunacağı və artıq indidən iPhone 17 smartfon seriyası barəsində məlumatların ortaya çıxmaları fonunda iPhone 18 seriyası barəsində də məlumatlar ortaya çıxmağa başlayıb.
Bir çox iPhone istifadəçisi, Safari tətbiqində problemlə üzləşib!
Bir çox iPhone istifadəçisi, Safari tətbiqində problemlə üzləşib!
Bir çox iPhone istifadəçiləri, bu gün Safari vasitəsilə axtarış apararkən gözlənilməz xəta ilə qarşılaşıblar. Axtarış zamanı "iCloud Private Relay" xətası verən Safari, işləməz hala gəlib.
Apple, Çində cihazların sərt şəraitdə sınaqdan keçiriləcəyi labaratoriya açır!
Apple, Çində cihazların sərt şəraitdə sınaqdan keçiriləcəyi labaratoriya açır!
Apple, Çinin Shenzhen şəhərində yeni tədqiqat laboratoriyasını açmağa hazırlaşır. Yeni müəssisədə, xüsusilə iPhone, iPad və Apple Vision kimi cihazların ekstremal şəraitdə sınaqdan keçiriləcəyi bildirilir.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!