Apple M4 Pro prosessoru Geekbench testlərindən keçib
Elm & Texnologiya
01.11.2024
Emil Nəcəfov
Dünən Apple şirkəti M4 prosessorları vasitəsilə çalışan yeni MacBook Pro modellərini təqdim etdi. Onların arasında M4, M4 Pro və M4 Max prosessorları var. İndi isə məlum olub ki, M4 Pro prosessoru Geekbench testlərindən keçib. Geekbench nəticələrindən belə qənaətə gəlmək olar ki, M4 Pro prosessoru M3 Pro prosessorunu olduqca üstələyir. Geekbench testlərindən M4 Pro prosessorunun 20 nüvəli GPU-ya sahib versiyası vasitəsilə çalışan 14 düym ekranlı MacBook Pro keçib.
MacBook Pro 48 GB-lıq RAM-a sahib olub. Beləliklə noutbuk Geekbench-in bir nüvəli testi çərçivəsində 3925 xal, çox nüvəli testi çərçivəsində isə 22 669 xal toplayıb. Müqayisə üçün qeyd etmək lazımdır ki, M3 Pro prosessoruna sahib MacBook Pro modeli Geekbench-in bir nüvəli testi çərçivəsində 3138 xal, çox nüvəli testi çərçivəsində isə 15 480 xal toplayır. Beləliklə yeni M4 Pro prosessorunun bir nüvəli çalışma rejimi çərçivəsində performansı 25%, çox nüvəli çalışma rejimində performansı isə 46% yüksəlib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple iPhone 17 smartfonlarında fərdi Wi-Fi və Bluetooth çiplərini tətbiq edəcək
Apple iPhone 17 smartfonlarında fərdi Wi-Fi və Bluetooth çiplərini tətbiq edəcək
Apple şirkəti gələn il iPhone 17 smartfon seriyasını təqdim edəcək. Məşhur analitik Ming-Chi Kuo-nun sözlərinə əsasən Apple iPhone 17 smartfonlarına fərdi Wi-Fi və Bluetooth çiplərini inteqrasiya etməyi planlaşdırır.
Bütün Mac kompüterləri minimum 16 GB RAM-ı əldə etməyə başlayıblar
Bütün Mac kompüterləri minimum 16 GB RAM-ı əldə etməyə başlayıblar
Apple bu həftə yeni iMac-ı, Mac mini və MacBook Pro modellərini təqdim etdi. Təqdim edilmiş bu yeni cihazların hamısında RAM yaddaşı seçimi minimum 16 GB-dan başlayır.
M4, M4 Pro və M4 Max prosessorları ilə çalışan yeni MacBook Pro-lar təqdim edilib - QİYMƏTİ
M4, M4 Pro və M4 Max prosessorları ilə çalışan yeni MacBook Pro-lar təqdim edilib - QİYMƏTİ
Apple şirkəti M4 prosessorları vasitəsilə çalışan yeni MacBook Pro noutbuklarını təqdim edib. Yeni MacBook Pro modelləri 14 və 16 düym ölçülü ekranlara sahib versiyalarda təqdim olunublar.
Foxconn şirkəti Hindistanda artıq iPhone 17-nin hazırlanmasına start verib
Foxconn şirkəti Hindistanda artıq iPhone 17-nin hazırlanmasına start verib
Məlumatda qeyd edilib ki, hindistanlı mühəndislər artıq iPhone 17-nin prototipləri üzərində çalışmağa başlayıblar.
M4 və M4 Pro prosessorlarına sahib yeni Apple Mac mini təqdim edilib - QİYMƏTİ
M4 və M4 Pro prosessorlarına sahib yeni Apple Mac mini təqdim edilib - QİYMƏTİ
Apple şirkəti yeni Mac mini kompüterini təqdim edib. Yeni Mac mini iki versiyada təqdim edilib. Birinci versiya M4 prosessoru vasitəsilə, ikinci versiya isə M4 Pro prosessoru vasitəsilə çalışır.
Həftənin xəbərləri
Xiaomi 15 qlobal bazarda iki versiyada satışa çıxacaq
2025-ci ildə WhatsApp dəstəyi dayandırılacaq telefonlar bəlli olub!