Amazon kosmosda məlumatları lazer vasitəsilə yüksək sürətlə ötürə bilib
Elm & Texnologiya
18.12.2023
Emil Nəcəfov
Amazon şirkəti özünün Starlink analoqu olan Project Kuiper layihəsi çərçivəsində iki ədəd internet peyki prototipi arasında lazer rabitəsi kamalını test edib. Bu, keçən ayın əvvəlində baş verib. Qeyd etmək lazımdır ki, bunun üçün şirkət iki ədəd internet peyki prototipini daha öncə Yer kürəsinin orbitində yerləşdirmişdi. Amazon-un sözlərinə əsasən uğurlu optik rabitə xəttinin yaradılması sayəsində internet peykləri öz aralarında məlumatları saniyədə 100 Gbit sürətlə mübadilə ediblər. Aparılmış test 1 saat davam edib.
Peyklərin öz aralarında göndərmiş olduqları məlumatlar sayt və video baxışlarını, o cümlədən online mağazalarda alış-veriş ödənişlərini imitasiya ediblər. Amazon onu da qeyd edib ki, test tejimi çərçivəsində məlumatlar 1000 km məsafəyə göndərilib. Gözləntilərə əsasən Amazon-un peyk interneti layihəsi ucqar əraziləri, təyyarələri və gəmiləri yüksək sürətli internetlə təmin edəcək. Üstəlik Project Kuiper ABŞ hərbçiləri üçün ehtiyat rabitə kanalı ola bilər. Belə ki, keçən il ABŞ Müdafiə Nazirliyi Amazon üçün bu layihəyə 67 milyon dollar dəyərində qrant ayırmışdı.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Amazon mətnli təsvirlər əsasında fotolar tərtib edən generativ süni zəkanı təqdim edib (VİDEO)
Amazon mətnli təsvirlər əsasında fotolar tərtib edən generativ süni zəkanı təqdim edib (VİDEO)
Amazon şirkəti mətn formatında təsvirlər əsasında fotoların tərtibatını reallaşdıran Titan Image Generator adlı generativ süni zəkanı təqdim edib.
Süni zəka əsaslı Amazon Q çat-botu təqdim edilib
Süni zəka əsaslı Amazon Q çat-botu təqdim edilib
OpenAI şirkəti ChatGPT-yə, Google şirkəti Bard adlı çat-bota, Microsoft isə Copilot adlı süni zəka köməkçisinin müxtəlif versiyalarına sahibdir.
Keçmiş Apple işçilərinin daha çox hansı şirkətlərə müraciət etdikləri məlum olub
Keçmiş Apple işçilərinin daha çox hansı şirkətlərə müraciət etdikləri məlum olub
Switch on Business adlı şirkət LinkedIn-də İT mütəxəssislərin hesablarını analiz edərək texnoloji sahədə hansı şirkətlərin daha çox özlərinə keçmiş Apple işçilərini cəlb etdiklərini təyin ediblər.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!