Alimlər, günəş enerjisi ilə havadan suyu səmərəli şəkildə toplayan sistem hazırlayıblar!
Elm & Texnologiya
05.08.2024
Farid Pardashunas
Səudiyyə Ərəbistanı Kral Abdullah Elm və Texnologiya Universitetinin tədqiqatçıları, günəş işığından istifadə edərək, tez-tez texniki xidmət tələb etmədən havadan su toplaya bilən sistem hazırlayıblar.
Alimlər, Günəş Enerjisi ilə işləyən Atmosferik Su Ekstraksiyası (SAWE) metodundan istifadə edib, dizaynı təkmilləşdirərək, standart günəş işığı və 90% rütubət altında hər kvadrat metrə saatda 0.65 litr şirin su istehsal edə biliblər. Tədqiqatçılar, sistemin rütubətin 40%-ə qədər olduğu bölgələrdə işləyə biləcəyini bildiriblər. Sistem, su qıtlığı olan rayonlardan şəbəkədən kənar şirin su istehsalı və kənd təsərrüfatında suvarma üçün hazırlanmışdır. Havadan su toplamaq konsepsiyası və texnologiyası yeni olmasa da, mövcud günəş enerjisi ilə işləyən sistemlərin çətin olduğu bildirilir. Günəş enerjisi ilə işləyən kollektorlar, iki mərhələli dövrəni izləyir. Su, ilk olaraq havadan bir uducu material vasitəsilə çəkilir və doyduğu zaman sistem söndürülür. Daha sonra su əldə etmək üçün günəş işığı ilə qızdırılır. Komandanın fikrincə, 2 proses arasında keçid həm fiziki iş, həm də keçid sistemi tələb edir. Bu, mürəkkəbliyi və dəyəri artırır.
KAUST-da hazırlanmış yeni kolleksiya cihazında bunların heç birinə ehtiyac yoxdur. Bunun əvəzinə, iki mərhələ arasında passiv keçid etməklə, yardım olmadan davamlı olaraq dövrə edilə bilər. Komanda, sistemi inkişaf etdirərkən təbiətdən ilham aldıqlarını və bitkilərin suyu kökündən yarpaqlarına səmərəli şəkildə daşıyan xüsusi strukturları təqlid etdiklərini deyir. Tədqiqatçılar, atmosfer suyunun tutulması və şirin su istehsalı üçün mühüm əhəmiyyət kəsb edən tranzit körpülər adlı sistem hazırlayıblar. Bu körpülər, suyu udan duz məhlulu ilə doldurulmuş şaquli mikrokanallardan ibarətdir. Su ilə zəngin məhlul, suyun bitki gövdələrindən yuxarıya doğru hərəkət etməsinə bənzər bir şəkildə kapilyar hərəkət vasitəsilə kanallardan yuxarı çəkilir. Məhlul qalınlaşdıqca yenidən aşağı yayılır və proses təkrarlanır, beləliklə daha çox su yığılır. Tədqiqatçıların fikrincə, innovativ dizayn, suyun tutulması üçün açıq hissəni şirin su istehsalı üçün qapalı hissə ilə səmərəli şəkildə birləşdirir.
Qrupun apardığı təcrübələr, Səudiyyə Ərəbistanı şəraitində yayda hər kvadrat metrdən gündə 2-3 litr, payızda isə gündə 1-3 litr su istehsal edildiyini ortaya qoyub. Üstəlik, sistem bir neçə həftə ərzində texniki xidmət tələb etmədən işləməyi də bacarıb. Bundan əlavə, tədqiqatçılar, sistemin səhra bitkilərinin və Pekin kələminin suvarılması üçün birbaşa mənbə kimi istifadə oluna biləcəyini göstəriblər. Tədqiqatçılar inkişaf etdirdikləri sistemdə su uducu parça, ucuz hiqroskopik duz və plastik əsaslı çərçivədən istifadə ediblər. Onlar, materialları sərfəli və əlçatan olduqları üçün seçdiklərini, ona görə də aşağı gəlirli ərazilərdə geniş miqyaslı tətbiqlər üçün qiymətin aşağı olacağını söyləyirlər.
Linki kopyala
engineering
elmi xeber
Scientific news
solar energy
interesting engineering
sawe
solar energy machines
science
science news
elmi xeberler
Bənzər xəbərlər
Oxşar xəbərlər
Termonüvə enerjisində tarixi uğur əldə edilərək, Greenwald limitinin 10 qatına çatmaq mümkün olub!
Termonüvə enerjisində tarixi uğur əldə edilərək, Greenwald limitinin 10 qatına çatmaq mümkün olub!
Bütün dünya termonüvə enerjisinin qapısını açmağa və qeyri-məhdud enerjiyə çatmağa çalışır. Bu saəhədə araşdırmalar aparan elm adamları, Greenwald limitinin 10 qatına çatan yüksək sıxlıqlı stabil plazma istehsal edə biliblər
Norveçdə dünyanın ən böyük şaquli dam örtüyü günəş elektrik stansiyası quraşdırılıb!
Norveçdə dünyanın ən böyük şaquli dam örtüyü günəş elektrik stansiyası quraşdırılıb!
Dünyanın ən böyük dam örtüyü şaquli ikitərəfli günəş elektrik stansiyası Norveç Milli Futbol Stadionunun damında quraşdırılıb. Bəs, şaquli günəş panellərinin üstünlükləri nələrdir?
Alimlər, 16 insan beynini birləşdirərək biokompüter hazırlayıblar!
Alimlər, 16 insan beynini birləşdirərək biokompüter hazırlayıblar!
İsveçrə startapı, 16 insan beyin hüceyrəsini birləşdirərək yüksək enerjiyə qənaət edən biokompüter hazırlayıb. Bu yeni texnologiya, ənənəvi kompüterlərə nisbətən daha az enerji sərf edir.
Günəşin sirri, bir astronomun yüz illər əvvəl çəkdiyi rəsmlərlə ortaya çıxıb!
Günəşin sirri, bir astronomun yüz illər əvvəl çəkdiyi rəsmlərlə ortaya çıxıb!
Johannes Kepler-in yüz illər əvvəl etmiş olduğu Günəşi müşahidələri, alimlərə Günəşin hərəkətlərini və günəş ləkələrini daha yaxşı anlamağa imkan verib. Kepler-in 1607-ci ildə çəkdiyi Günəşin təfərrüatlı görünüşləri, elm aləmində böyük səs-küy yaradıb və Günəşin 11 illik dövrü haqqında yeni məlumatları ortaya çıxarıb.
Dünyanın ilk şəbəkə miqyaslı dalğa enerjisi qurğusu qurulub!
Dünyanın ilk şəbəkə miqyaslı dalğa enerjisi qurğusu qurulub!
Dənizdə dalğaların yaratdığı təzyiqdən istifadə edən bərpa olunan enerji mənbəyi olan dalğa enerjisi üçün dünyada ilk şəbəkə miqyaslı qurğu istifadəyə verilib.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!