main-post-cover

    Alimlər aşkar edilməsi qəliz qara dəlikləri kəşf ediblər

    Elm & Texnologiya
    20.02.2025
    Emil Nəcəfov
         Astronomlar 2444 ədəd aktiv qara dəlik aşkar ediblər. Bu qara dəliklər cırtdan qalaktikaların mərkəzində gizlənirlər. Alimlərin fikrincə, onlardan 298-i aralıq kütləli qara dəliklərdir. Bu tip qara dəliklər ulduz kütləli qara dəliklərlə superkütləli qara dəliklər arasındakı itkin halqa hesab olunur. Bu, indiyə qədər kəşf edilən ən böyük aralıq kütləli qara dəlik namizədləri toplusudur. Bu aşkarlanma qara dəliklərin Günəşdən milyardlarla dəfə daha böyük kütləyə necə çatdıqlarını anlamağa kömək edəcək. İndiyə qədər astronomlar aralıq kütləli qara dəliklər üçün cəmi bir neçə onlarla namizəd aşkar etmişdilər və onlar olduqca çətin müşahidə olunan obyektlər hesab olunurdu.
          Lakin Kitt-Pik Milli Rəsədxanasındakı teleskopda quraşdırılmış DESI cihazının köməyi ilə astronomlar bir anda təxminən 300 belə obyekti aşkar etməyi bacarıblar. Aralıq kütləli qara dəliklər ulduz kütləli qara dəliklərlə (kütləsi Günəşdən 100 dəfə çox olan) və superkütləli qara dəliklərlə (kütləsi minlərlə, milyonlarla və hətta milyardlarla dəfə çox olan) arasında yerləşən obyektlərdir. Hazırda alimlər hesab edirlər ki, bu qara dəliklər ulduz kütləli qara dəliklərin superkütləli qara dəliklərə çevrilmə prosesindəki "itkin halqa" ola bilər. Əslində astronomlar hələ də qara dəliklərin necə superkütləli hala gəldiyini dəqiq bilmirlər, baxmayaraq ki, bu mövzuda bir çox nəzəriyyə mövcuddur.
    Cırtdan qalaktikalar:
         Məhz aralıq kütləli qara dəliklər bu böyük sirri açmağa kömək edə və bütün kainatın əsas sirlərindən birini anlamaqda vacib rol oynaya bilər. Alimlər təxminən 115 000 ədəd cırtdan qalaktikanın məlumatlarını toplayaraq onlardan 2444-ündə aktiv qara dəliklər aşkar ediblər. Bu qara dəliklər ətrafdakı maddəni udur və bu proses zamanı çoxlu miqdarda enerji və işıq buraxırlar. Hesablamalara görə, 298 ədəd qara dəlik aralıq kütləyə malikdir və onların kütləsi Günəşin 100-dən 1000 mislinə qədər dəyişir.
         İndi alimlər böyük qara dəliklərin və onların yerləşdikləri qalaktikaların təkamülünü anlamağa kömək edəcək yeni məlumatlara sahibdirlər. Qeyd etmək lazımdır ki, aralıq kütləli qara dəlikləri aşkar etmək olduqca çətindir, çünki onlar böyük qalaktikaların mərkəzindəki superkütləli qara dəliklər qədər aktiv deyil. Qara dəliklər yalnız ətrafdakı maddəni aktiv şəkildə udduqda müşahidə edilə bilər. Əks halda, onlar görünməz qalır və aşkar olunması mümkün olmur.
    Mənbə: Space.com
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Buzlaqlar hər saniyə 3 Olimpiya hovuzu həcmində buz itirirlər
    buzlaqlar-her-saniye-3-olimpiya-hovuzu-hecminde-buz-itirirler
    Ən uzaq məsafəli kosmik aparatlardan biri Günəş sisteminin sərhədini keçməyə hazırlaşır
    en-uzaq-mesafeli-kosmik-aparatlardan-biri-gunes-sisteminin-serhedini-kecmeye-hazirlasir
    2032-ci ildə asteroidin Yer kürəsi ilə toqquşması ehtimalı bir qədər yüksəlib
    2032-ci-ilde-asteroidin-yer-kuresi-ile-toqqusmasi-ehtimali-bir-qeder-yukselib
    Fransadakı termonüvə reaktorunda plazmanın saxlanma müddəti üzrə yeni rekorda imza atılıb
    fransadaki-termonuve-reaktorunda-plazmanin-saxlanma-muddeti-uzre-yeni-rekorda-imza-atilib
    Çinlilər təbii almazdan daha möhkəm olan süni almaz hazırlayıblar
    cinliler-tebii-almazdan-daha-mohkem-olan-suni-almaz-hazirlayiblar