main-post-cover

    2030-cu ilə qədər data mərkəzləri 2 dəfə daha çox enerji sərf edəcəklər

    Elm & Texnologiya
    14.04.2025
    Emil Nəcəfov
         Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına görə, 2030-cu ilə qədər məlumat emalı mərkəzlərinin elektrik enerjisi istehlakı 2 dəfədən çox artaraq 945 teravat-saat təşkil edəcək ki, bu da Yaponiyanın illik enerji istehlakına bərabərdir. Artımın əsas səbəbi süni zəkadır - artıq 2024-cü ildə məlumat mərkəzlərinin ümumi enerji istehlakının 15%-i süni zəkanın payına düşürdü. BEA-nın proqnozlarına görə, 2030-cu ildə məlumat mərkəzləri 945 teravat-saat enerji istehlak edəcək və bu, Yaponiyanın hazırkı illik enerji istehlakına bərabər olacaq.
         Müqayisə üçün, 2024-cü ildə məlumat emalı mərkəzləri 415 teravat-saat enerji sərf edib ki, bu da qlobal elektrik enerjisi istehlakının təxminən 1.5%-ni təşkil edir. Proqnozlara əsasən yalnız süni zəka ilə bağlı deyil, müxtəlif vəzifələri yerinə yetirən məlumat emalı mərkəzlərinə aiddir. Agentliyin qiymətləndirməsinə görə, 2024-cü ildə süni zəka üçün nəzərdə tutulan serverlər ümumi server enerjisi istehlakının 24%-ni və bütün məlumat mərkəzlərinin enerji istehlakının 15%-ni təşkil edib. BEA-nın hesabatı göstərir ki, hazırda məlumat emalı mərkəzlərinin enerji istehlakının 85%-i ABŞ, Avropa və Çinin payına düşür.
         Proqnozlara əsasən, 2030-cu ilə qədər inkişaf etməkdə olan ölkələr enerji istehlakındakı artımın təxminən 5%-ni, inkişaf etmiş ölkələr isə 20%-dən çoxunu təmin edəcək. Ölkələr, məlumat emalı mərkəzləri üçün proqnozlaşdırılan enerji tələbatını qarşılamaq məqsədilə elektrik stansiyaları tikir və elektrik şəbəkələrini təkmilləşdirirlər. Lakin BEA proqnozlaşdırır ki, planlaşdırılan məlumat mərkəzlərinin 20%-i şəbəkəyə qoşulmada gecikmələrlə qarşılaşa bilər. Müəlliflər qeyd edirlər ki, bu proqnozlar dəqiq olmaya bilər. İnsanların gələcəkdə süni zəka tətbiqlərindən nə dərəcədə istifadə edəcəkləri hələlik məlum deyil.
         Üstəlik, məlumat mərkəzləri istifadə etdikləri enerji miqdarı barədə hər zaman məlumat vermirlər. Mütəxəssislər qeyd edirlər ki, məlumat emalı mərkəzlərinin enerji istehlakının artması iqlim hədəflərinə çatmağa maneə törədə bilər. Planlaşdırılan enerji güclərinin 2/3 hissəsinin bərpa olunan enerji mənbələrinə əsaslanmasına baxmayaraq, BEA bildirir ki, ABŞ-da yeni qaz elektrik stansiyalarının istismara verilməsi təbii yanacaqla işləyən güclərin artmasına səbəb olacaq. Elektrik enerjisi istehlakı və onun proqnozlaşdırılan artımı dünyada bərabər şəkildə paylanmayıb. BEA-nın hesabatında vurğulanır ki, şirkətlər adətən məlumat mərkəzlərini bir yerdə cəmlənmiş klasterlər şəklində inşa edirlər ki, bu da yerli elektrik şəbəkələrinə əlavə yük yarada bilər.
    Mənbə: Nature.com
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    İnsanabənzər robotlar arasında boks döyüşü anons edilib (VİDEO)
    insanabenzer-robotlar-arasinda-boks-doyusu-anons-edilib-video
    Pentaqon PUA-lara qarşı yeni energetik silahı test edib (VİDEO)
    pentaqon-pua-lara-qarsi-yeni-energetik-silahi-test-edib-video
    Qarşılıqlı əlaqə imkanına sahib ilk holoqramlar yaradılıb (VİDEO)
    qarsiliqli-elaqe-imkanina-sahib-ilk-holoqramlar-yaradilib-video
    Şimali Koreyada kompüterlərsiz kompüter klubu açılıb
    simali-koreyada-komputerlersiz-komputer-klubu-acilib
    Kawasaki CORLEO adlı robot-at konsepti təqdim edilib (VİDEO)
    kawasaki-corleo-adli-robot-at-konsepti-teqdim-edilib-video