main-post-cover

    15 aylıq fasilədən sonra Blue Origin şirkəti Shepard raketinin test uçuşunu reallaşdıra bilib (VİDEO)

    Elm & Texnologiya
    20.12.2023
    Emil Nəcəfov
         Amazon şirkətinin keçmiş CEO-su Jeff Bezos-a məxsus olan Blue Origin adlı aerokosmik şirkət 15 aylıq fasilədən sonra New Shepard raketinin növbəti testini uğurla reallaşdıra bilib. Keçən ilin sentyabr ayında şirkət sözügedən raketin testini keçirə bilmədi. Uçuşa az müddət qalmış şirkət onu ləğv etdi. Daha sonra müvafiq tənzimləyici orqanların aparmış olduqları istintaq nəticəsində məlum oldu ki, raketin mühərrikində yaranmış problem səbəbilə Blue Origin uçuşu ləğv edib. Həmin hadisənin baş verməsindən 15 ay sonra şirkət NS24 adlı missiya çərçivəsində New Shepard-ın uçuş testini reallaşdıra bilib. Uçuş missiyası çərçivəsində sərnişinlər üçün nəzərdə tutulmuş kapsul raketdən uğurla ayrıla bilib. Daha sonra isə həm raket həm də sərnişin kapsulu uğurlu şəkildə eniş ediblər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər