main-post-cover

    Oracle-ın həmtəsisçisi Larry Ellison dünyanın ən varlı şəxsi olub

    Tech-Biznes
    11.09.2025
    Emil Nəcəfov
         Oracle şirkətinin həmtəsisçisi, milyarder Larry Ellison dünyanın ən varlı insanları reytinqində TeslaSpaceX rəhbəri Elon Musk-ı geridə qoyub. Buna səbəb Oracle səhmlərinin çərşənbə günü səhər ticarətində 40%-dən çox bahalaşaraq şirkətin tarixində ən böyük gündəlik kapitallaşma artımını göstərməsi olub. Məlumata görə, Oracle səhmlərinin birjada 340 dollara qədər yüksəlməsi - gözləntiləri üstələyən maliyyə nəticələri və İT şirkətlərinin bulud xidmətlərinə artan tələbi fonunda - 41% səhmə sahib olan Ellison-un payını 393 milyard dollara çatdırıb. Bu isə Bloomberg Billionaires Index məlumatına əsasən 384 milyard dollar sərvəti olan Musk-dan 9 milyard dollar çoxdur. Eyni zamanda bu, Bloomberg indeksinin tarixində şəxsi sərvətin ən böyük gündəlik artımı olub.
         Oracle şirkəti, Ellison-un əsas aktividir və hazırda 958 milyard dollar dəyərində qiymətləndirilir. Onun bulud gücləri isə texnologiyalarının işləməsi üçün irimiqyaslı data-mərkəzlərə ehtiyacı olan OpenAI kimi şirkətlər tərəfindən aktiv şəkildə istifadə olunur. Oracle-dan əlavə, 81 yaşlı Ellison-un aktivlərinə Tesla-da pay, yaxt-klub, Indian Wells Open tennis turniri və Havaydakı Lanai adası daxildir. Biznes və siyasətdə bir sıra fiqurlarla Musk-ın açıq qarşıdurmasına baxmayaraq, onun və Ellison-un münasibətləri yaxın olaraq qalır: tez-tez Musk-ın mentoru adlandırılan Ellison 2018-2022-ci illərdə Tesla-nın idarə heyətinin üzvü olub və Musk-ın sosial şəbəkə Twitter-i (indiki X) almasına 1 milyard dollar yatırıb.
         Musk mütəmadi olaraq Ellison-a məxsus Havay adasını ziyarət edir və hər iki milyarder Donald Trump-ı dəstəkləyir. Məsələn, Ellison dəfələrlə ABŞ prezidenti ilə Ağ Evdə birgə görünüb, o cümlədən ABŞ-da süni intellekt infrastrukturuna 500 milyard dollarlıq investisiya nəzərdə tutan “Stargate” layihəsinin təqdimatında iştirak edib. Musk isə 2024-cü il seçkilərində Trump-ın kampaniyasını fəal şəkildə dəstəkləyib və əvvəllər prezidentə yaxın olub, lakin bu ilin əvvəlində onların münasibətləri pisləşib. 2021-ci ildə ən varlı insanlar siyahısında Musk ilk dəfə birinci yeri tutub, lakin sonra onu Amazon-un qurucusu Jeff Bezos və fransız maqnat Bernard Arnault geridə qoyublar. Lakin ötən il Musk titulu geri qaytarıb və 1 ildən az müddətdə onu Ellison-a yenidən təhvil verib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ABŞ hökuməti TikTok-un alınması mövzusuna Oracle şirkətini cəlb etməyi planlaşdırır
    abs-hokumeti-tiktok-un-alinmasi-movzusuna-oracle-sirketini-celb-etmeyi-planlasdirir
    TikTok-un Oracle şirkəti tərəfindən əldə edilməsi nəzərdən keçirilir
    tiktok-un-oracle-sirketi-terefinden-elde-edilmesi-nezerden-kecirilir
    Donald Trump, Stargate adlı irimiqyaslı süni zəka layihəsini anons edib
    donald-trump-stargate-adli-irimiqyasli-suni-zeka-layihesini-anons-edib
    Oracle şirkətinin həmtəsisçisi: "Süni zəka əsaslı qlobal izlənmə sistemi insanların davranışlarını yaxşılaşdıracaq"
    oracle-sirketinin-hemtesiscisi-suni-zeka-esasli-qlobal-izlenme-sistemi-insanlarin-davranislarini-yaxsilasdiracaq
    Oracle, yeni süni intellekt məlumat mərkəzi üçün 3 nüvə reaktorundan istifadə edəcək!
    oracle-yeni-suni-intellekt-melumat-merkezi-ucun-3-nuve-reaktorundan-istifade-edecek