main-post-cover

    Intel öz marketoloqlarını süni zəka ilə əvəz edəcək

    Tech-Biznes
    23.06.2025
    Emil Nəcəfov
         Intel öz marketinq şöbəsinin əməkdaşlarına onların funksiyalarının böyük bir hissəsinin autsorsinqə veriləcəyi ilə bağlı planları açıqlayıb. Bu işlə beynəlxalq konsaltinq şirkəti Accenture məşğul olacaq. Intel-in rəhbəri Lip-Bu Tan-ın fikrincə, Accenture müştərilərlə daha effektiv əməkdaşlıq edə bilər, çünki təcrübə ilə yanaşı, süni zəka vasitəsilə iş proseslərini aktiv şəkildə avtomatlaşdırır. Oregon Live nəşrinin məlumatına görə, Intel-də ciddi ixtisarlar gözlənilir və yalnız minimal zəruri bölmələr saxlanacaq. Şirkət konkret olaraq neçə nəfərin işini itirəcəyini açıqlamayıb, lakin məlumdur ki, marketinq departamenti dünya üzrə, o cümlədən ABŞ-ın Oreqon ştatındakı ofislərdə fəaliyyət göstərir.
    Intel CEO-su Lip-Bu Tan:
         Keçid dövrü çərçivəsində bəzi Intel əməkdaşları Accenture şirkətində yeni mütəxəssislərin hazırlanmasına da cəlb oluna bilərlər. Intel nümayəndələri vurğulayıblar ki, marketinq şöbəsinin autsorsinqə verilməsinin əsas məqsədi müştərilərlə qarşılıqlı əlaqəni sürətləndirmək və bunun üçün şirkətin rəqəmsal imkanlarını modernləşdirməkdir. Bildirilir ki, bu qərar, bu ilin mart ayında vəzifəyə təyin olunmuş Lip-Bu Tan tərəfindən irəli sürülən Intel-in ümumi transformasiya strategiyasının bir hissəsidir.
         Hazırda Intel son illərdə yaşadığı texnoloji uğursuzluqlardan çıxmağa çalışır. Şirkət kompüter və məlumat mərkəzi seqmentlərində bazar itkisi, eləcə də süni zəka texnologiyaları sahəsində geridə qalması səbəbindən gəlirinin təxminən üçdə birini itirib. Bu vəziyyəti düzəltmək və yenidən mənfəət əldə etmək üçün korporasiya bütün proseslərini optimallaşdırmaq məqsədilə sərt tədbirlər görməyə başlayıb, o cümlədən kütləvi ixtisarlar həyata keçirir. Məlumata görə, artıq 11 iyul tarixinədək əməkdaşların əksəriyyəti şirkətdə qalıb-qalmayacaqlarını öyrənəcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Intel-in CEO-su Patrick Gelsinger istefaya göndərilib
    intel-in-ceo-su-patrick-gelsinger-istefaya-gonderilib
    Qualcomm şirkəti Intel-i bütövlüklə almaq ideyasından imtina edib
    qualcomm-sirketi-intel-i-butovlukle-almaq-ideyasindan-imtina-edib
    Intel Çin milli təhlükəsizliyinə zərərin yetirilməsində şübhəli bilinir
    intel-cin-milli-tehlukesizliyine-zererin-yetirilmesinde-subheli-bilinir
    NVIDIA CEO-sunun sərvəti Intel-in bazar dəyərindən daha böyük olub
    nvidia-ceo-sunun-serveti-intel-in-bazar-deyerinden-daha-boyuk-olub
    Qualcomm şirkəti həqiqətən də Intel-i almağı planlaşdırır
    qualcomm-sirketi-heqiqeten-de-intel-i-almagi-planlasdirir