GPT-4o təqdim edildikdən sonra, Duolingo-nun səhmləri ucuzlaşmağa başlayıb!
Tech-Biznes
14.05.2024
Farid Pardashunas
OpenAI-nin yeni süni intellekt modeli GPT-4o, ChatGPT istifadəçiləri üçün pulsuz olaraq təqdim edilib. Duolingo-nun səhmləri yeni çox rejimli "GPT-4o"nun təqdim edilməsindən sonra ucuzlaşmağa başlayıb.
ChatGPT, Dall-E, Sora və Whisper kimi süni intellekt alətlərini təqdim edən OpenAI, GPT-4o ilə onların hamısını bir dil modelində toplamağa başladı. Beləliklə, mətn, audio və görüntü rejimləri vahid bir süni intellekt modeliylə istifadə edilə bilən vəziyyətə gəldi. Bu, nəinki son dərəcə sürətli və ardıcıl nəticələr verir, həmçinin süni intellektin imkanları da böyük dərəcədə artır. Bu imkanlardan biri də real vaxt rejimində dərhal tərcümə etmək bacarığıdır. Buna görə də, GPT-4o təqdim edildikdən sonra Duolingo-nun səhmlərinin 5 faiz ucuzlaşmağı heç də təəccüblü hadisə olaraq hesab olunmur.
Məlum olduğu kimi, Duolingo dünyanın ən böyük dil öyrənmə tətbiqlərindən biridir. Milyonlarla insanın istifadə etdiyi bu tətbiq öz istifadəçilərini motivasiyanı yüksək tutmağa və dil öyrənmə oyununu həyata keçirərək müntəzəm məşq etməyə təşviq edir. Duolingo, həmçinin dil biliklərinizi sənədləşdirməyə imkan verən dil sertifikatı da təklif edir. Bundan əlavə, Duolingo səhvləri izah etmək və nitqlə məşğul olmaq üçün GPT-4 texnologiyasından istifadə edən "Duolingo Max" adlı abunəliyi də istifadəçilərinə təklif edir. Bu xüsusiyyət hazırda yalnız ingilisdilli iOS istifadəçiləri üçün fransız və ispan dillərini öyrənərkən əlçatandır.
OpenAI-nin GPT-4o modelindən sonra Duolingo üçün həyəcan vəziyyətinin olduğunu deyə bilərik. Çünki GPT-4o Duolingo-nun edə biləcəyi hər şeyi və daha çoxunu edə bilər. Əgər dil öyrənmək istəsəniz, GPT-4o tərəfindən dəstəklənən ChatGPT ilə video və ya səslə danışa, suallar verə və ondan sizə obyektləri və işarələri izah etməsini xahiş edə biləcəksiniz. Digər tərəfdən, deyə bilərik ki, "GPT-4o"dan sonra dil öyrənməyin əhəmiyyəti həmişəkindən daha aşağı oldu. Çünki süni intellekt real vaxtda tərcüməni anında edə bilir və bunu sanki yanınızda əsl insan tərcüməçi oturmuş kimi edir. GPT-4o, tək dil öyrənmə xüsusiyyəti ilə məhdudlaşmır. OpenAI-nin yeni modeli GPT-4o, riyaziyyat və flirt də öyrədə bilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
OpenAI növbəti güclü süni zəka modeli olan GPT-4o-nu təqdim edib (VİDEO)
OpenAI növbəti güclü süni zəka modeli olan GPT-4o-nu təqdim edib (VİDEO)
OpenAI şirkəti keçirtmiş olduğu xüsusi tədbir çərçivəsində GPT-4o adlı yeni güclü generativ süni zəka modelini təqdim edib. Təqdim edilmiş bu yeni güclü süni zəka modeli yaxın həftələr ərzində ChatGPT-yə və şirkətin digər məhsullarına inteqrasiya ediləcək.
Apple iOS 18-də ChatGPT-nin istifadəsi mövzusunda OpenAI ilə razılığa gəlib
Apple iOS 18-də ChatGPT-nin istifadəsi mövzusunda OpenAI ilə razılığa gəlib
Apple şirkəti gələn ay keçiriləcək WWDC 2024 konfransı çərçivəsində süni zəka funksiyalarına sahib iOS 18 əməliyyat sistemini təqdim edəcək.
OpenAI 9 may tarixində ChatGPT əsaslı axtarış sistemini təqdim edə bilər
OpenAI 9 may tarixində ChatGPT əsaslı axtarış sistemini təqdim edə bilər
Yaxın günlərdə süni zəka sahəsində vacib bir hadisə baş verə bilər.
ChatGPT istifadəçi məlumatlarını yaddaşda saxlama funksiyasını əldə edib
ChatGPT istifadəçi məlumatlarını yaddaşda saxlama funksiyasını əldə edib
ChatGPT-nin Plus adlı ödənişli versiyası yeni funksiya əldə edib. Çat-botun əldə etmiş olduğu Memory (yaddaş) adlı yeni funksiya onun istifadəçi ilə qarşılıqlı əlaqəsini yaxşılaşdırmağa hədəflənib.
Bir istifadəçi doğum tarixini yanlış təqdim etdiyinə görə, ChatGPT-ni məhkəməyə verib!
Bir istifadəçi doğum tarixini yanlış təqdim etdiyinə görə, ChatGPT-ni məhkəməyə verib!
Avropa Birliyi vətəndaşı ChatGPT ilə bağlı OpenAI-a qarşı şikayət edib. Anonim şəxsin dediyinə görə, ChatGPT onun doğum tarixini səhv təqdim edib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!