Apple öz əməkdaşlarını izlədiyi iddisı ilə məhkəməyə verilib
Tech-Biznes
03.12.2024
Emil Nəcəfov
Apple əməkdaşlarından biri şirkəti məhkəməyə verib. Şirkəti məhkəməyə vermiş əməkdaşın sözlərinə əsasən Apple öz əməkdaşlarını təkcə iş zamanı deyil, şirkətdən kənarda da izləyir. Şirkətə qarşı məhkəmə iddiasını Amar Bhakta adlı Apple əməkdaşı qaldırıb. Amar Bhakta iddia edir ki, şirkət iPhone smartfonları da daxil olmaqla korporativ cihazlar üzərindən öz əməkdaşlarının məlumatlarını əldə edir. Məlumatda qeyd edilib ki, Apple öz əməkdaşlarına korporativ cihazlardan istifadə imkanını verməklə yanaşı onları şəxsi iPhone smartfonlarını işə gətirməyə məcbur edir.
Belə ki, Apple işçilərin şəxsi iPhone cihazlarına şirkət daxili proqram təminatını quraşdırır. Məhkəmə iddiasında qeyd edilib ki, Apple siyasətinə əsasən bu cür cihazlarla əlaqəli olan məlumatlar (elektron poçt, foto, video, qeydlər və s.) Apple tərəfindən ola biləcək axtarış proseslərində istifadə edilə bilər. Bununla yanaşı şirkət daxilində şəxsi iPhone-dan istifadə edən işçilər smartfonlarında iCloud hesablarına daxil olmalıdırlar. Bu isə öz növbəsində bu və ya digər işçinin iş yerində olmadığı halda şirkətə onun yerləşdiyi yer və başqa məlumatlarını əldə etməyə imkan verir.
Məhkəmə iddiasını qaldırmış Amar Bhakta əmindir ki, Apple öz əməkdaşlarından şirkət siyasətinə riayət etməyi tələb etməklə Kaliforniya ştatının qanunlarını pozur. Məsələ burasındadır ki, şirkətin siyasəti ona əməkdaşların fiziki, video və elektron poçt vasitəsilə izlənməsi və o cümlədən onların cihazlarındakı məlumatların axtarışı imkanını verir. Apple öz növbəsində qeyd edilmiş məlumatları təkzib edib və onları əsassız adlandırıb. Maraqlısı ondadır ki, bu, Apple şirkətinin daxili qaydaları ilə bağlı ilk hadisə deyil. Belə ki, hələ 2021-ci ildə kütləvi informasiya vasitələri xəbər vermişdilər ki, Apple öz işçilərinə işdə istifadə olunan cihazlarda fərdi hesablara daxil olmağa məcbur edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple-ın yeni patentinə görə, iPhone-lara birdən çox "Action" düyməsi gələ bilər!
Apple-ın yeni patentinə görə, iPhone-lara birdən çox "Action" düyməsi gələ bilər!
Apple-ın yeni patenti iPhone-lara istifadəçi tərəfindən fərdiləşdirilə bilən bir neçə "Action" düyməsinin əlavə edilə biləcəyini ortaya qoyub.
Apple artıq M5 prosessorlarının istehsalını sifariş verib
Apple artıq M5 prosessorlarının istehsalını sifariş verib
Koreyanın The Elec saytının vermiş olduğu məlumata əsasən Apple şirkəti Tayvanın məşhur prosessor istehsalçısı olan TSMC-ya M5 prosessorlarının istehsalı sifarişini verib.
Apple smart qolbağını patentləşdirib
Apple smart qolbağını patentləşdirib
Məlum olub ki, Apple şirkəti daha bir texnologiyanı patentləşdirib. Patent sənədi şirkətin 2021-ci ildən hazırladığı texnologiyanı əks etdirir.
Apple smart saatlar üçün qan təzyiqinin yeni ölçülməsi üsulunu patentləşdirib
Apple smart saatlar üçün qan təzyiqinin yeni ölçülməsi üsulunu patentləşdirib
Apple şirkəti öz smart saatları üçün nəzərdə tutulmuş yeni texnologiyanı patentləşdirib. Patentləşdirilmiş texnologiya smart saatlar vasitəsilə qan təzyiqinin ölçülməsini mümkün edir.
Apple Vision Pro-nun hazırlanmasına 15 il vaxt sərf edilib
Apple Vision Pro-nun hazırlanmasına 15 il vaxt sərf edilib
Apple şirkəti özü üçün yeni olan hər bir bazara daxil olan zaman diqqətli şəkildə addım atır. Şirkətin Vision Pro adlı qarışıq reallıq cihazı buna əyani sübutdur.
Həftənin xəbərləri
Xiaomi 15 qlobal bazarda iki versiyada satışa çıxacaq
Apple öz əməkdaşlarını izlədiyi iddisı ilə məhkəməyə verilib