main-post-cover

    NETTY2025 nominantları müəyyən edir, səsvermə başlayıb

    Tech-Azərbaycan
    24.11.2025
    Sevinc Miralızadə
    NETTY Milli internet mükafatının iştirakçılarının sırasından nominantların seçim prosesi başladı. 200-dan çox layihə təqdim olunub. Noyabrın 24-dən dekabrın 5-dək müsabiqənin Ekspert Şurası (Şura hər əsas nominasiya və altnominasiya üzrə üç nominant seçir) və Virtual Münsiflər Heyəti (münsiflər heyəti yalnız “Virtual Münsiflər Heyətinin Seçimi” nominasiyasında iştirakçıların ümumi sayından cəmi üç nominantı seçir) öz seçimlərini edəcək.
    Müsabiqədə qələbəyə iddia edənlərin NETTY 2025-in nominantlarının yekun siyahısı 6 dekabr tarixində elan ediləcək. Ekspert Şurasının və Virtual Münsiflər Heyətinin seçiminə əsaslanaraq, NETTY Akademiyası final səsverməyə başlayacaq. Akademiya mövcud nominasiyaların hər birində mükafatın qalibini müəyyən edəcək. NETTY 2025 qalibləri rəsmi olaraq 18 dekabrda mükafatlandırmanın təntənəli mərasimində elan edilir. Mərasimə mükafatın bütün nominantları dəvət edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Azərbaycanın əsas rəqəmsal mükafatı NETTY 2025 üçün müraciətlərin qəbulu davam edir!
    azerbaycanin-esas-reqemsal-mukafati-netty-2025-ucun-muracietlerin-qebulu-davam-edir
    20-ci dəfə keçiriləcək NETTY2025 Azərbaycanın Milli İnternet Mükafatı başlayıb və sizi iştiraka dəvət edir.
    20-ci-defe-kecirilecek-netty2025-azerbaycanin-milli-internet-mukafati-baslayib-ve-sizi-istiraka-devet-edir
    Alimlər internetin kütləsini ölçməyə çalışıblar
    alimler-internetin-kutlesini-olcmeye-calisiblar
    Yeni araşdırmalar zamanı interneti zəif olan insanların köçməyə daha çox meyilli olduqları ortaya çıxıb!
    yeni-arasdirmalar-zamani-interneti-zeif-olan-insanlarin-kocmeye-daha-cox-meyilli-olduqlari-ortaya-cixib
    Artıq Rusiya da Şimali Koreya kimi qlobal internetlə əlaqəsini dayandıracaq!
    artiq-rusiya-da-simali-koreya-kimi-qlobal-internetle-elaqesini-dayandiracaq