Kapital Bank-dan BMU tələbələrinə təhsil və fərdi inkişaf dəstəyi
Tech-Azərbaycan
26.11.2025
Sevinc Miralızadə
Ölkənin birinci bankı Kapital Bank gənclərin karyera və şəxsi inkişafına dəstək missiyasını davam etdirir. Məlum olduğu kimi bank ali məktəblərdə “Kapital Bank” otaqlarını tələbələrin istifadəsinə verməklə onların təhsilinə və fərdi inkişafına dəstək olmağa çalışır. Belə ki, bu otaqlarda maliyyə istiqamətində fərqli seminarlar, təlimlər və masterklasslar keçirilir.
Növbəti belə bir təlim Bakı Mühəndislik Universitetində baş tutub. Təlimdə “İnformasiya texnologiyaları”, “Kompüter mühəndisliyi” və “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə təhsil alan 60-dan çox 3 və 4-cü qrup tələbələri iştirak ediblər.
Təlimin spikeri Kapital Bank-ın Proqram mühəndisliyi ekspert mərkəzinin Funksional lideri Valeh Əsədov tələbələrlə “Mobil bankçılıq” və “Mobil bankçılıq tərtibatının bank sektorundakı rolu” mövzularında təcrübələrini bölüşüb. O, maliyyə sektorunda rəqəmsal inkişafın aktuallığını vurğulayaraq, gənc mütəxəssislərin bu sahədə potensial perspektivlərindən danışıb. Seminar interaktiv sual-cavab sessiyası ilə davam edib və tələbələr onları maraqlandıran mövzularda ekspert rəyi əldə ediblər.
Qeyd edək ki, ölkədə təhsilin inkişafına töhfə vermək və gənclərə dəstək məqsədi ilə Kapital Bank daha öncə Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetlərində müasir texnoloji standartlara cavab verən “Kapital Bank” otaqlarını istifadəyə verib.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 50 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Kapital Bank və Təhsil Tələbə Kredit Fondu arasında əməkdaşlıq memorandumu imzalanıb
Kapital Bank və Təhsil Tələbə Kredit Fondu arasında əməkdaşlıq memorandumu imzalanıb
Kapital Bank gənclərin təhsili və peşəkar inkişafına dəstək göstərmək istiqamətində fəaliyyətini genişləndirməkdə davam edir.
Tələsin və indi qoşulun! 100 000 nəfər Toyota Corolla və yüzlərlə bonus qazanmaq şansı əldə etdi
Tələsin və indi qoşulun! 100 000 nəfər Toyota Corolla və yüzlərlə bonus qazanmaq şansı əldə etdi
Bir ekosistemin elan etdiyi Bir Bonus lotereyasına artıq minlərlə iştirakçı qoşulub. Bu lotereyada həm bonus qazananlar, həm də xərcləyənlər iştirak edirlər. Artıq 100 000 nəfər Birbonuslu Toyota Corolla avtomobili və yüzlərlə bonus qazanmağa daha yaxındır.
İdeyanı Birbank-ın “Spark Tələbə İnnovasiya proqramı” ilə gerçəkləşdir
İdeyanı Birbank-ın “Spark Tələbə İnnovasiya proqramı” ilə gerçəkləşdir
Tələbələrə şad xəbər! Ölkənin ilk rəqəmsal bankı Birbank bankçılıq sahəsində yeni ideyaları olan, innovativ həllər təqdim etmək istəyən, yenilikçi tələbələrə unikal imkanlar yaradır. 16 oktyabr tarixində start verilən “Spark Tələbə İnnovasiya proqramı” böyük hədəfləri və arzuları olan gənclərə yeni qapılar açır.
Kartınızı heç kimə verməyin: pulunuzu itirə, cinayətin qurbanı ola bilərsiniz
Kartınızı heç kimə verməyin: pulunuzu itirə, cinayətin qurbanı ola bilərsiniz
Həm dünyada, həm də ölkəmizdə kiberdələduzluqla bağlı həyəcan təbilinin çalındığı bir vaxtda insanlar hər gün yeni üsullarla aldadılırlar. Dələduzlar müxtəlif yollarla insanların inam və etibarını qazanaraq onları çıxılmaz vəziyyətə salır.
10 000 AZN kredit götür, aylıq cəmi 350 manat ödə – Birbank Biznes-dən sərfəli kredit kampaniyası
10 000 AZN kredit götür, aylıq cəmi 350 manat ödə – Birbank Biznes-dən sərfəli kredit kampaniyası
Yeni ideyaları, böyük hədəfləri olan kiçik sahibkarlar, artıq arzularınız əlçatandır. Biznesimi necə böyüdüm? – sualı sizi də düşündürürsə Birbank Biznes-in bu təklifindən mütləq yararlanın. Bunun üçün sadəcə Birbank Biznes mobil tətbiqinə daxil olun və cəmi bir neçə kliklə pulunuz hesabınızda olsun.
Həftənin xəbərləri