main-post-cover

    “Azercell Telekom” MMC qadınların dəstəyinə yönəlmiş təşəbbüslərini davam etdirir

    Tech-Azərbaycan
    03.12.2025
    Sevinc Miralızadə
        “Azercell Telekom” MMC qadınların ictimai və iqtisadi həyatda fəallığının artırılması istiqamətində gördüyü silsilə tədbirləri davam etdirir. Şirkət “Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı” müsabiqəsinin qaliblərini elan edib. Qiymətləndirmə zamanı dayanıqlıq, sosial təsir, rəqəmsal inklüzivliyin təşviqi, həmçinin texnologiya vasitəsilə həyat keyfiyyətinin yaxşılaşdırılması kimi meyarlara cavab verən layihələrə üstünlük verilib. 
        Final mərhələsinə beş layihə keçib. Təqdim olunan ideyalar əsasən qadın sahibkarlığının inkişafı və təhsilin gücləndirilməsi istiqamətlərini əhatə edib. Finalda iştirak edən qeyri-hökumət və qeyri-kommersiya təşkilatlarının nümayəndələri münsiflər qarşısında layihələrini təqdim ediblər. Münsiflər heyətinin yekdil qərarına əsasən “Future Fem”, “Start Her” və “Robo Girls”  layihələri qalib elan olunub. 
        “Future Fem” layihəsi qadınların sahibkarlıq, innovasiya və liderlik sahəsində praktiki bilik və bacarıqlarını artırmağı, onların iqtisadi və sosial həyatda rolunu gücləndirməyi hədəfləyir. Eyni zamanda, qadın liderlər və texnologiya mütəxəssisləri ilə mentorluq imkanları yaradır.
        “Start Her” layihəsi çərçivəsində Quba rayonu və ətraf kəndlərdən 20 gənc qıza startap və sahibkarlıq, eləcə də liderlik bacarıqlarının inkişaf etdirilməsi üçün 3 ay ərzində təlimlər təşkil olunacaq. Təlim proqramının sonunda qızların qazandıqları bilikləri və ideyalarını nümayiş etdirmələri üçün hakaton keçiriləcək. 
        “Robo Girls” layihəsinin məqsədi Beyləqan və ətraf kəndlərdə təhsil alan qızların robototexnika və texnologiyalara marağını gücləndirmək, eləcə də yeni nəsil qadın İT və süni intellekt mütəxəssislərinin yetişdirilməsinə töhfə verməkdir.
        Təşəbbüslərin reallaşdırılmasına dəstək məqsədilə Azercell ümumilikdə 30.000 AZN vəsait ayırıb.
        Müsabiqənin qiymətləndirilmə prosesi şəffaflıq və obyektivlik prinsiplərinə əsaslanaraq, bu sahədə ixtisaslaşmış müstəqil ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən həyata keçirilib.
        “Azercell Telekom” MMC müsabiqəyə qatılan bütün iştirakçılara təşəkkür edir, qaliblərə layihələrinin həyata keçirilməsində uğurlar arzulayır. Şirkət ölkədə innovasiya və inklüzivliyin təşviqinə töhfə verən layihələrə dəstək olmağa davam edəcək. 
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    “Xiaomi Redmi 15C” modelini əldə edən müştərilərə “DigiMax 5GB” tarifi 50% endirimlə!
    xiaomi-redmi-15c-modelini-elde-eden-musterilere-digimax-5gb-tarifi-50-endirimle
    “Qadın Dəstək Xətti”nin ispan dilli təlimatının təqdimatı keçirildi
    qadin-destek-xettinin-ispan-dilli-telimatinin-teqdimati-kecirildi
    Azercell-in dəstəklədiyi gənclərdən beynəlxalq səviyyədə növbəti uğur!
    azercell-in-desteklediyi-genclerden-beynelxalq-seviyyede-novbeti-ugur
    Azercell-in təşəbbüsü ilə yaradılan “Qadın Dəstək Xətti” son 3 ay ərzində 1094 müraciət qeydə alıb
    azercell-in-tesebbusu-ile-yaradilan-qadin-destek-xetti-son-3-ay-erzinde-1094-muraciet-qeyde-alib
    Azercell “CyberCell Hackathon”a start verir
    azercell-cybercell-hackathona-start-verir