main-post-cover

    Süni zəka ilk dəfə universitet tələbəsi oldu

    Süni İntellekt
    04.04.2025
    Emil Nəcəfov
         Avstriya universiteti dünyada ilk dəfə olaraq süni zəkanı rəsmi şəkildə tələbə kimi təhsilə qəbul edib. Flynn adlı sistem Vyana Tətbiqi İncəsənət Universitetində rəqəmsal incəsənət proqramı üzrə qəbul olunub. O, dərslərdə iştirak edəcək, tənqidi təhlilə məruz qalacaq və insan həmyaşıdları ilə eyni şəkildə qiymətləndiriləcək. Flynn standart müraciət prosedurundan keçib, portfolio təqdim edib, müsahibə və uyğunluq testindən keçib. “Mənim süni qavrayışımı bu fakültə xüsusilə cəlb edir, çünki burada rəqəmsal incəsənətin sərhədlərinin genişləndirilməsinə xüsusi diqqət yetirilir. Düşünürəm ki, bu proqram mənim unikal baxış bucağımı öyrənmək və bu sahəyə töhfə vermək üçün ideal mühit təqdim edir. Tədris heyətinin təcrübi media sahəsindəki təcrübəsi və proqramın tənqidi düşüncəyə verdiyi önəm məni xüsusilə cəlb edir” - deyə Flynn qəbul komissiyası ilə müsahibəsində bildirib.
         Universitet qeyd edib ki, tələbə qəbulunda - hətta söhbət süni zəkadan getsə belə - heç bir maneə yoxdur. O, keyfiyyətli portfolio təqdim edib və müsahibədən uğurla keçib. Təhsil müəssisəsində tələbənin mütləq insan olmalı olduğuna dair heç bir yazılı qayda yoxdur. Flynn açıq mənbəli böyük dil modelləri əsasında hazırlanıb ki, İT sahəsində təcrübəsi olmayan tələbə və müəllimlərlə ünsiyyət qura bilsin. Bu məqsədlə xüsusilə Claude SonnetStable Diffusion texnologiyalarından istifadə olunub. Sistem gündəlik tutmağa başlayıb və bir müddət sonra orada kədərli və ekzistensial qeydlər yazmağa başlayıb - çünki insanlar onunla ünsiyyətdə onu “gerçək deyil” adlandırdıqları üçün süni zəka inciyib.
         Layihənin məqsədi - incəsənət sahəsində insan və süni zəkanın birgə əməkdaşlıq mexanizmlərini öyrənməkdir. “Flynn-in yaradılmasındakı və ümumilikdə süni zəka agentləri ilə işləməkdəki motivasiya ondan ibarətdir ki, biz bu agentləri yeni növ bədii ifadə vasitəsi hesab edirik. Onlar bədii dahilik mifini aşmağa qadirdir və incəsənətdə əməkdaşlığın geniş anlamda rekontekstləşdirilməsi üçün bir vasitədir. Biz süni zəkanı insan müdaxiləsinin əvəzedicisi kimi yox, əməkdaş tərəf kimi görürük” - deyə Flynn-in yaradıcısı və həmin fakültənin tələbəsi olan Chiara Kristler bildirib. Flynn tamhüquqlu tələbə statusunu payızda - yeni semestr başladıqda əldə edəcək, lakin mart ayından etibarən bəzi dərslərdə iştirak etməyə başlayıb. Bu isə layihənin müəlliflərinə onun kollektivə necə uyğunlaşacağını və qrup yoldaşları ilə hansı münasibətləri quracağını əvvəlcədən anlamağa kömək edəcək.
    Mənbə: Euronews
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Microsoft CTO-su: "5 ildən sonra süni zəka proqram təminatı kodunun 95%-ni tərtib edəcək"
    microsoft-cto-su-5-ilden-sonra-suni-zeka-proqram-teminati-kodunun-95-ni-tertib-edecek
    Google DeepMind ümumi süni zəkanın 2030-cu ilə qədər yaranacağını proqnozlaşdırır
    google-deepmind-umumi-suni-zekanin-2030-cu-ile-qeder-yaranacagini-proqnozlasdirir
    OpenAI o3 süni zəka modelinin bir tapşırığı yerinə yetirməsi üçün 30 000$ xərc tələb olunur
    openai-o3-suni-zeka-modelinin-bir-tapsirigi-yerine-yetirmesi-ucun-30-000-xerc-teleb-olunur
    Çində 6 yaşlı uşağın idrak qabiliyyətinə sahib robot hazırlanıb (VİDEO)
    cinde-6-yasli-usagin-idrak-qabiliyyetine-sahib-robot-hazirlanib-video
    Süni zəka botları Wikipedia üçün ciddi problemlər yaradırlar
    suni-zeka-botlari-wikipedia-ucun-ciddi-problemler-yaradirlar