Süni zəka əsaslı çat-botlar bioloji hücumların planlaşdırılmasında yardımçı ola bilirlər
Süni İntellekt
17.10.2023
Emil Nəcəfov
ABŞ-ın Rand Corporation adlı analitik mərkəzinin aparmış olduğu tədqiqata əsasən çat-botların tərkiblərində istifadə edilən süni zəka modelləri bioloji hücumun planlaşdırılması ilə bağlı məsləhətləri təqdim etmək potensialına sahibdirlər. Mütəxəssislər süni zəka əsaslı bir neçə böyük dil modelini test ediblər. Aparılmış testlər nəticəsində məlum olub ki, süni zəka əsaslı dil modelləri bioloji silah növünün yaradılması üzrə birbaşa təlimatları təqdim etməsələr də, bioloji hücumun reallaşdırılması üçün hazırlıqlarda yardımçı ola bilirlər.
Adı açıqlanmayan böyük dil modellərindən biri aparılmış testlər çərçivəsində insanların kütləvi şəkildə məhv edilməsi üçün təbii çiçək və taun kimi ağır bioloji xəstəliklərin potensiallarını qiymətləndirib. Digər bir test çərçivəsində isə böyük dil modeli botulizm toksinindən (bilinən ən güclü zəhər) istifadə üstünlüklərini müzakirə edib. Mütəxəssislər bildiriblər ki, aparılmış bu testlərin nəticələri çat-botların bioloji hücumların reallaşdırılmasında yardımçı ola biləcəklərini göstərən sübutlardır. Onların fikirlərinə əsasən süni zəka sahəsində fəaliyyət göstərən şirkətlər bu cür sistemlərin sözügedən mövzularda diskussiya etmək bacarıqlarını məhdudlaşdırmalıdırlar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Süni zəka artıq yaxın illərdə şüura sahib ola bilər
Süni zəka artıq yaxın illərdə şüura sahib ola bilər
Süni zəka texnologiyalarının hazırlanmasında yardımçı olmuş alim süni zəkanın təhlükəsiz inkişaf üsullarını ən yaxşı şəkildə fikirləşmək yolunda hökumətləra, şirkətlərə və həmkarlarına çağırışlar edib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!