main-post-cover

    Sora tətbiqində “Cameo” sözünün istifadəsi dayandırılır

    Süni İntellekt
    25.11.2025
    Sevinc Miralızadə
        Technote.az "Gizmodo" platformasına istinadən bildirir ki, OpenAI artıq Sora tətbiqində “Cameo” sözündən hüquqi olaraq istifadə edə bilməz. Buna səbəb Kaliforniya Məhkəməsinin hakimi Eumi K. Lee tərəfindən verilmiş müvəqqəti qadağadır. Qadağa 22 dekabr tarixində qüvvədən düşəcək.
        Sora tətbiqindəki “Cameo” funksiyası istifadəçilərə müəyyən şəxsin görüntüsünü və bənzərliyini yükləyərək həmin insanın yer aldığı video yaratmağa imkan verir. Məsələn, istifadəçi dostunun, məşhurun və ya icazə verilmiş digər şəxslərin simasını əlavə edib video generasiya edə bilər.
        Cameo platformasında isə “Cameo” məşhurlar tərəfindən göndərilən fərdi videoları ifadə edir. Platformada sifariş zamanı ona “personalized video” deyilsə də, hazır olanda istifadəçiyə “Your Cameo is ready” bildirişi göndərilir. Cameo şirkəti OpenAI-ın bu sözü eyni şəkildə istifadə etməsinin çaşqınlıq yaratdığını və markanın pozulduğunu iddia edir. OpenAI isə CNBC-yə açıqlamasında bu iddia ilə razılaşmadığını bildirir: “Heç kəsin "cameo" sözünə eksklüziv sahiblik iddia edə biləcəyini qəbul etmirik və məhkəmədə mövqeyimizi müdafiə etməyə davam edəcəyik”.
        Cameo həmçinin bildirir ki, onların platformasında olan Mark Cuban və Jake Paul kimi şəxslərin Sora-da da Cameo şəklində generasiya olunması çaşqınlığı daha da artırır.
        Qeyd edək ki, “cameo” sözü ingilis dilində ümumi mənaya malikdir, lakin OpenAI bu funksiyanı təsvir edərkən sözü böyük hərflə yazır ki, Cameo platforması məhz buna görə marka hüququnun pozulduğunu iddia edir. Gizmodo-nun testləri zamanı Sora tətbiqində hələ də “Cameo” sözü görünüb. OpenAI-ın qərara əməl edib-etməyəcəyi isə hələlik məlum deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OpenAI Sora video generatoru üçün olacaq yeniliklərdən danışıb
    openai-sora-video-generatoru-ucun-olacaq-yeniliklerden-danisib
    App Store-da OpenAI Sora tətbiqinin saxta versiyaları yayılıb
    app-store-da-openai-sora-tetbiqinin-saxta-versiyalari-yayilib
    OpenAI-nin Sora tətbiqi 5 gündən az müddətdə 1 milyon dəfədən çox yüklənib
    openai-nin-sora-tetbiqi-5-gunden-az-muddetde-1-milyon-defeden-cox-yuklenib
    Sora video generatoru digər şirkətlərə gəlir gətirəcək
    sora-video-generatoru-diger-sirketlere-gelir-getirecek
    OpenAI-nin Sora tətbiqi istifadəyə verildiyindən 2 gün sonra App Store-da əsl hitə çevrilib
    openai-nin-sora-tetbiqi-istifadeye-verildiyinden-2-gun-sonra-app-store-da-esl-hite-cevrilib