main-post-cover

    Sam Altman OpenAI-da fövqəladə rejim elan etdi!

    Süni İntellekt
    02.12.2025
    Sevinc Miralızadə
        Technote.az "The Verge" platformasına istinadən bildirir ki, süni intellekt yarışında güc balansı dəyişir və bu dəfə təzyiq altında olan tərəf OpenAI-dır. Şirkətin baş direktoru Sam Altman daxili komandaya göndərdiyi məktubda “code red”, yəni fövqəladə inkişaf rejimi elan edib. Bu, OpenAI-ın bir müddət əvvəl sahib olduğu “toxunulmaz liderlik” mövqeyinin sürətlə dəyişə biləcəyini göstərən ən ciddi siqnallardan biridir.
    Sam Altman Admits That OpenAI Doesn't Actually Understand How Its AI Works  : r/ChatGPT
        The Wall Street Journal və The Information-ın məlumatına görə, Altman şirkətin planlaşdırdığı bir çox təşəbbüsləri, o cümlədən reklam modeli, alış-veriş və sağlamlıq agentləri, eləcə də şəxsi köməkçi Pulse layihəsini dayandırdığını açıqlayıb. Onun sözlərinə görə, bütün güc ChatGPT-nin əsas funksiyalarının yaxşılaşdırılmasına yönləndirilməlidir. Buraya daha yüksək sürət, daha stabil iş, şəxsləndirilmiş cavablar və daha geniş sual spektrinə cavab vermək kimi imkanlar daxildir. Altman həmçinin çatbot üzərində işləyən komandalar üçün gündəlik iclaslar təşkil olunduğunu və prosesin sürətlənməsi üçün digər şöbələrdən müvəqqəti əməkdaşların cəlb edilməsini təşviq etdiyini bildirib.
        2022-ci ildə ChatGPT-nin populyarlığı fonunda Google özü “code red” elan etmişdi. İndi isə görünür ki, Google eyni strategiyanı OpenAI-a qarşı tətbiq etməyə məcbur edir. Google-un yeni nəsil Gemini 3 modeli bir çox sənaye testlərində rəqiblərini geridə qoyub. Şirkətin AI istifadəçi bazası da sürətlə artır, xüsusilə Nano Banana kimi populyar modelin uğuru bu artıma təkan verir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OpenAI və Thrive Holdings arasında qeyri-adi əməkdaşlıq!
    openai-ve-thrive-holdings-arasinda-qeyri-adi-emekdasliq
    OpenAI tərəfdaş şirkətdə baş verən məlumat sızmasına görə üzr istəyib
    openai-terefdas-sirketde-bas-veren-melumat-sizmasina-gore-uzr-isteyib
    ChatGPT-də qrup söhbətləri hər kəs üçün istifadəyə verildi
    chatgpt-de-qrup-sohbetleri-her-kes-ucun-istifadeye-verildi
    ChatGPT-nin Mac brauzerinə 9 yeni funksiya gəlib
    chatgpt-nin-mac-brauzerine-9-yeni-funksiya-gelib
    OpenAI “ChatGPT for Teachers” xidmətini təqdim edib
    openai-chatgpt-for-teachers-xidmetini-teqdim-edib