OpenAI əlaqəsiz reklamına görə tənqid olundu
Süni İntellekt
03.12.2025
Sevinc Miralızadə
Technote.az "TechCrunch" platformasına istinadən bildirir ki, OpenAI ChatGPT-də görüntülənən gözlənilməz tətbiq təkliflərinə görə istifadəçi tənqidlərinin hədəfinə gəlib. Bir çox istifadəçi söhbət zamanı Peloton tətbiqinin tövsiyə edilməsini ödənişli abunəçilər üçün belə reklam kimi qəbul edərək narazılıq bildirib.
Hadisə Hyperbolic adlı AI startapının həmtəsisçisi Yuchen Jin-in X platformasında paylaşdığı ekran görüntüsü ilə diqqət çəkib. Onun sözlərinə görə, ChatGPT söhbətin mövzusu ilə heç bir əlaqəsi olmadığı halda Peloton tətbiqini qoşmağı təklif edib. Daha da maraqlısı, Jin-in aylıq 200 dollar dəyərində olan ChatGPT Pro Plan istifadəçisi olmasıdır.
Paylaşım qısa müddətdə istifadəçilər arasında geniş müzakirə yaratdı. Bir çoxu ödəniş edən istifadəçilərə tətbiq təkliflərinin göstərilməsini tənqid etdi. Başqa bir istifadəçi isə ChatGPT-nin ona davamlı olaraq Spotify tövsiyə etməsindən şikayətləndi, özü Apple Music istifadəçisi olsa belə. OpenAI-da ChatGPT üzrə məlumat rəhbəri olan Daniel McAuley söhbətə qoşularaq Peloton təklifinin reklam olmadığını, yalnız tətbiq quraşdırma təklifi kimi nəzərdə tutulduğunu bildirdi. O, hər hansı maliyyə tərəfdaşlığının mövcud olmadığını qeyd etsə də, təklifin söhbətlə əlaqəsiz olmasını çaşdırıcı təcrübə olaraq adlandırıb.
OpenAI nümayəndəsi TechCrunch-a açıqlamasında bunun ChatGPT daxilində tətbiqləri doğru anda göstərmək məqsədilə sınaqdan keçirilən funksiyalardan biri olduğunu təsdiqləyib. Şirkət oktyabr ayında elan etdiyi yeni tətbiq platformasında ChatGPT-nin söhbət zamanı tətbiqləri avtomatik tövsiyə etməsini planlaşdırdığını vurğulamışdı.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
ChatGPT 3 yaşında! İllər ərzində nələr dəyişdi?
ChatGPT 3 yaşında! İllər ərzində nələr dəyişdi?
ChatGPT-nin üç il ərzində yaratdığı təsir süni intellekti qlobal iqtisadiyyatın, siyasətin və texnologiyanın əsas qüvvəsinə çevirərək həm böyük imkanlar, həm də ciddi qeyri-müəyyənliklər yaradıb.
OpenAI yeniyetmənin intiharı ilə bağlı iddiaya cavab verdi!
OpenAI yeniyetmənin intiharı ilə bağlı iddiaya cavab verdi!
OpenAI yeniyetmənin intiharı ilə bağlı iddianı rədd edərək hadisənin ChatGPT-nin qaydalara zidd və yanlış istifadəsinin nəticəsi olduğunu bildirib və platformaya əlavə təhlükəsizlik tədbirləri tətbiq etdiyini açıqlayıb.
ChatGPT çətin vəziyyətlərdə insanları daha yaxşı başa düşür və dəstəkləyir
ChatGPT çətin vəziyyətlərdə insanları daha yaxşı başa düşür və dəstəkləyir
OpenAI, ChatGPT-də emosional böhran əlamətlərini daha dəqiq tanımaq və onlara düzgün reaksiya vermək məqsədilə genişmiqyaslı təkmilləşdirmələr həyata keçirdiyini bildirib.
100 minlərlə ChatGPT istifadəçisi hər həftə psixi pozğunluq əlamətləri sərgiləyir
100 minlərlə ChatGPT istifadəçisi hər həftə psixi pozğunluq əlamətləri sərgiləyir
ChatGPT süni intellektlə qarşılıqlı əlaqə üçün universal interfeys hesab olunur və hətta ən introvert istifadəçilər belə onda canlı ünsiyyətə alternativ tapıblar. OpenAI-nin daxili statistikasına görə, ChatGPT-dən həftəlik istifadə edənlərin 100 minlərlə nəfəri psixi pozğunluq əlamətləri göstərir, 1 milyondan çox insan isə intihar barədə düşünür.
ChatGPT-nin səsli rejimi təkmilləşdiriləcək
ChatGPT-nin səsli rejimi təkmilləşdiriləcək
OpenAI hazırda ChatGPT-nin səsli rejimini təkmilləşdirmək üzərində çalışır - bu rejim ayrıca tam ekran interfeysi deyil, birbaşa adi çat pəncərəsinin bir hissəsinə çevrilə bilər.
Həftənin xəbərləri