main-post-cover

    Hava şəraitini 10 gün öncədən dəqiq proqnozlaşdıran süni zəka sistemi hazırlanıb

    Süni İntellekt
    17.11.2023
    Emil Nəcəfov
         Google şirkətinin süni zəka sahəsində fəaliyyət göstərən DeepMind laboratoriyası 10 gün müddətinə ən dəqiq hava proqnozlarını tərtib etməyi bacaran süni zəka sistemini hazırlayıb. Hazırlanmış bu süni zəka sistemi GraphCast adını əldə edib. O, hava proqnozları sahəsinin standartı hesab edilən HRES (High-Resolution Forecast) sistemindən daha dəqiq və sürətli çalışır. GraphCast-ın məlumatlar öz növbəsində Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzinin (ECMWF) mütəxəssisləri tərəfindən analiz edilib. Sistemin hal hazırda işlək versiyası ECMWF saytında yerləşdirilib.
         Sistem sentyabr ayında 9 gün öncədən Yeni Şotlandiya sahillərində Li qasırğasının baş verəcəyini proqnozlaşdırmışdı. Standart proqnozlaşdırma sistemləri isə qasırğanın baş verəcəyini yalnız 6 gün öncədən proqnozlaşdırmışdılar. Bununla yanaşı həmin sistemlər qasırğanın baş verəcəyi zaman və sahil zonasına çıxış yeri məsələlərində dəqiq proqnozları təqdim etməmişdilər. GraphCast hətta təhlükəli hava şəraitlərinin təyin edilməsində təlimatlandırılmaması halında da onları identifikasiya etməyi bacarır. Sistemə siklonların sadə müşahidəsi üsulunun inteqrasiyası vasitəsilə GraphCast onların hərəkətlərini HRES-dən daha dəqiq təyin edir.
         Son illərdə hava şəraitlərinin gözlənilməz xarakter sərgilədiklərini nəzərə alsaq, daha öncədən dəqiq proqnozlaşdırma müxtəlif sahələr üçün kritik səviyyədə vacib ola bilər. Hava şəraitinin ənənəvi proqnozlaşdırma üsulları çox qəliz fiziki hesablamalara əsaslanırlar. Həmin hesablamalar alqoritmlərə çevrilir və daha sonra onlar superkompüterlər vasitəsilə emal edilirlər. Bu, çox qəliz bir prosesdir və xüsusi biliklərlə böyük hesablama resurslarını tələb edir.
         GraphCast özündə machine learning sistemini və diaqram neyron şəbəkəsini (məkan strukturlu məlumatların emalı arxitekturası) birləşdirir. Səbəb-nəticə əlaqələrinin analizi üçün sistem 40 illik meteorologiya məlumatları əsasında təlimatlandırılıb. Diqqət çəkən nəticələrə baxmayaraq GraphCast hələ hazırlanma mərhələsindədir. Sistem siklonların hərəkətlərini dəqiq şəkildə təyin etsə də, ənənəvi üsullardan fərqli olaraq onların göstəricilərini tərtib edə bilmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Güclü Tensor prosessorlarının tətbiqinə Google Pixel 10 smartfonlarından start veriləcək
    guclu-tensor-prosessorlarinin-tetbiqine-google-pixel-10-smartfonlarindan-start-verilecek
    Google Pixel 8a-nın maket fotoları ortaya çıxıb
    google-pixel-8a-nin-maket-fotolari-ortaya-cixib
    Google ilk zamanlarda Google Play-in uğuruna inanmırdı
    google-ilk-zamanlarda-google-play-in-uguruna-inanmirdi
    Google Safaridəki reklam elanları gəlirlərinin 36%-ni Apple şirkətinə ödəyir
    google-safarideki-reklam-elanlari-gelirlerinin-36-ni-apple-sirketine-odeyir
    OpenAI şirkəti GPT-5-in hazırlanmasına start verib
    openai-sirketi-gpt-5-in-hazirlanmasina-start-verib