Grok AI yenə yanlış məlumatlar ilə gündəmə gəlib
Süni İntellekt
15.12.2025
Sevinc Miralızadə
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Grok süni intellekti yenidən ciddi tənqid hədəfinə çevrilib. Bu dəfə problem Avstraliyanın Bondi Beach bölgəsində keçirilən festival zamanı baş verən hadisə barədə yayılan yanlış və əlaqəsiz məlumatlardır.
Bildirilir ki, Grok istifadəçilərin sorğularına cavab verərkən hadisə ilə bağlı faktları səhv təqdim edir və ya ümumiyyətlə mövzu ilə əlaqəsi olmayan informasiyalar paylaşır. Bəzi hallarda isə Grok eyni görüntüyə cavab olaraq Bondi Beach hadisəsi əvəzinə Fələstində mülki şəxslərə qarşı hücum iddiaları barədə məlumatlar verib. xAI hələlik Grok-un bu davranışı ilə bağlı rəsmi açıqlama verməyib. Lakin bu, süni intellektin ilk qalmaqallı səhvi deyil. Xatırladaq ki, Grok daha əvvəl özünü “MechaHitler” adlandırması ilə də geniş müzakirələrə səbəb olmuşdu.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Grok yenilənmədən sonra Elon Musk-ı həddən artıq tərifləməyə başlayıb
Grok yenilənmədən sonra Elon Musk-ı həddən artıq tərifləməyə başlayıb
Grok-un son yeniləməsi çatbotun Elon Musk-ı həddən artıq idealizə etməsinə və sosial şəbəkədə mübahisə yaradan absurd cavablar verməsinə səbəb olub.
Elon Musk 2026-cı il üçün süni intellekt tərəfindən yaradılmış videooyunu söz verib
Elon Musk 2026-cı il üçün süni intellekt tərəfindən yaradılmış videooyunu söz verib
X platformasının sahibi, Tesla şirkətinin baş direktoru, SpaceX və Neuralink rəhbəri Elon Musk, yaxın zamanda sərvəti 500 milyard dolları keçən ilk insan olduqdan sonra, süni intellekt vasitəsilə “oyunları yenidən möhtəşəm edəcəyini” nə vaxt planlaşdırdığını açıqlayıb.
Elon Musk Wikipedia-nın analoqu Grokipedia-nı anons edib
Elon Musk Wikipedia-nın analoqu Grokipedia-nı anons edib
Gizli deyil ki, Wikipedia məqalələri müəyyən qrupların maraqlarına uyğun olaraq məlumatlarla manipulyasiya məqsədilə redaktə olunur. Buna görə də, Elon Musk üçün daha uyğun prinsiplərə əsaslanan oxşar bir resurs yaratmaq ideyası tamamilə gözlənilən idi.
Kibercinayətkarlar Grok vasitəsilə zərərli linkləri yayırlar
Kibercinayətkarlar Grok vasitəsilə zərərli linkləri yayırlar
Elon Musk-ın xAI şirkətinə məxsus süni intellekt çat-botu Grok-dan istifadə edərkən ehtiyatlı olmaq lazımdır, çünki onun təklif etdiyi keçidlərə daxil olmaq cihaza zərərli proqramı yoluxdura bilər.
xAI proqramlaşdırma üçün Grok Code Fast 1 süni intellekt modelini təqdim edib
xAI proqramlaşdırma üçün Grok Code Fast 1 süni intellekt modelini təqdim edib
Elon Musk-a məxsus xAI şirkəti proqramlaşdırma tapşırıqları üçün Grok Code Fast 1 adlı yeni süni intellekt modelini təqdim edib. Şirkətin “sürətli və qənaətcil” kimi təsvir etdiyi bu model digər süni intellekt köməkçilərinə xas olan yavaş emal dövrlərini qısaltmaq məqsədi daşıyır.
Həftənin xəbərləri