Google Gemini ilə daha dərin nitq ünsiyyətini təmin edən Gemini Live funksiyası təqdim edilib (VİDEO)
Süni İntellekt
15.05.2024
Emil Nəcəfov
Google şirkəti Google I/O 2024 konfransı çərçivəsində özünün Gemini adlı süni zəka əsaslı çat-botu üçün nəzərdə tutulmuş yeni imkanı təqdim edib. Söhbət, Gemini Live adlı funksiyadan gedir. Gemini Live funksiyası istifadəçilərə smartfonlarda Gemini çat-botu ilə daha dərin səsli dialoqların aparılması imkanını verir. Gemini Live funksiyası çərçivəsində istifadəçi çat-botun nitqini yarıda dayandıraraq ona daha dəqiqləşdirici suallar verə bilər. Üstəlik çat-bot real zaman ərzində istifadəçinin nitqinə adaptasiya ola biləcək. Həmçinin Gemini sözügedən funksiya çərçivəsində istifadəçi smartfonunun kamerası vasitəsilə çəkilmiş foto və videolardan istifadə edərək istifadəçinin ətraf mühitini görə və ona reaksiya verə biləcək.
Qeyd etmək lazımdır ki, Gemini Live funksiyasında istifadə edilən texniki innovasiyalar Google şirkətinin Project Astra adlı yeni layihəsi ilə əlaqəlidir. Google şirkətinin süni zəka sahəsində fəaliyyət göstərən DeepMind adlı laboratoriyasının təşəbbüsü olan Project Astra real zaman ərzində müxtəlif məlumat mənbələrini (mətn, audio və foto) qavrama imkanına sahib süni zəka əsaslı tətbiqlərin yaradılmasına istiqamətlənib. Gemini Live bir növ Google Lens ilə Google Assistant-ın birləşmiş versiyasıdır. Gemini Live-ı adları sadalanmış bu texnologiyaların növbəti inkişaf mərhələsi kimi qəbul etmək olar. Heç istisna deyil ki, Gemini Live müəyyən müddətdən sonra Google Assistant-ı tamamilə əvəz edəcək.
Bu yeni funksiya smartfon kamerasının baxış bucağına düşən və ya daha öncə düşmüş obyektlər barəsində olan istifadəçi suallarına cavab verə biləcək. Məsələn istifadəçi smartfon kamerasına hər hansısa proqram təminatı kodunun fotosunu sərgiləyərək Gemini-dən fotoda nəyin əks olunduğunu soruşa bilər. Sistem isə öz növbəsində fotodakı proqram təminatı kodunun nə işə yaradığını açıqlayacaq. Gemini Live funksiyasının daha öncə baş vermiş hadisələri yadda saxlaması imkanı onun tərkibində olan süni zəka modelinin arxitekturası hesabına mümkün olub. Söhbət, Gemini Pro 1.5 adlı süni zəka modelinin arxitekturasından gedir.
Gemini Pro 1.5 olduqca həcmli kontekst menyuya sahib olduğu üçün o, daha çox məlumatı qəbul və emal edə bilər. Google bildirib ki, Gemini Live son bir neçə saat ərzində baş vermiş bütün hadisələri yadında saxlaya bilir. Gemini Live OpenAI şirkəti tərəfindən yenicə təqdim edilmiş ChatGPT yenilənməsinə bənzəyir. Lakin Gemini Live ilə yenilənmiş ChatGPT arasındakı əsas fərq ondan ibarətdir ki, Google şirkətinin həlli heç də pulsuz təklif edilməyəcək. Belə ki, o, Gemini-nin daha qəliz versiyası olan Gemini Advanced-in eksklüziv imkanı olacaq. Qeyd etmək lazımdır ki, Gemini Advanced, Google One AI Premium Plan paketinin abunəçiləri üçün aktivdir. Bu paketdən aylıq istifadə haqqı isə 20$ təşkil edir. Məlumata əsasən Gemini Live bu ilin sonunda istifadəyə veriləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google şirkəti Veo adlı video tərtibatı alqoritmini təqdim edib (VİDEO)
Google şirkəti Veo adlı video tərtibatı alqoritmini təqdim edib (VİDEO)
Google şirkəti OpenAI tərəfindən 3 ay bundan öncə təqdim edilmiş Sora adlı neyron şəbəkəsinin Google I/O 2024 konfransı çərçivəsində rəqibini təqdim edib.
"GPT-4o"nun heyrətamiz xüsusiyyəti OpenAI-dan əvvəl Google tərəfindən nümayiş etdirilib!
"GPT-4o"nun heyrətamiz xüsusiyyəti OpenAI-dan əvvəl Google tərəfindən nümayiş etdirilib!
Google, rəsmi X hesabında paylaşım edərək Gemini ilə bağlı yeni xüsusiyyətini göstərib. Bu xüsusiyyətin "GPT-4o"da da mövcud olması izləyiclərin diqqətdən yayınmayıb. Yeri gəlmişkən, onu da qeyd edək ki, Google sözügedən xüsusiyyəti "GPT-4o"un təqdimatından bir neçə dəqiqə əvvəl paylaşıb.
Google Pixel 9 smartfonlarının real fotoları təqdim edilib
Google Pixel 9 smartfonlarının real fotoları təqdim edilib
Google şirkəti bu ilin ikinci yarısında Pixel 9 smartfon seriyasını təqdim edəcək. Bir neçə müddət bundan öncə ortaya çıxmış məlumatlarda qeyd edilmişdi ki, Google bu il təqdim olunacaq Pixel 9 smartfon seriyasında 3 modeli sərgiləyəcək.
Google Pixel 8a təqdim olunub - QİYMƏTİ
Google Pixel 8a təqdim olunub - QİYMƏTİ
Google şirkəti 14 may tarixində start götürəcək Google I/O 2024 konfransını gözləmədən Pixel 8 smartfon seriyasının yeni modelini təqdim edib. Söhbət, Google Pixel 8a smartfonundan gedir.
Microsoft məşhur Android tətbiqlərdə ciddi boşluq aşkar edib
Microsoft məşhur Android tətbiqlərdə ciddi boşluq aşkar edib
Microsoft tərtibatçıları Android üçün nəzərdə tutulmuş məşhur tətbiqlərdə ciddi boşluq aşkar ediblər. Aşkar edilmiş boşluq hakerlərə istifadəçi smartfonunda distant şəkildə zərərli proqram kodunun işə salınması və istifadəçi məlumatları ilə autentifikasiya tokenlərinin oğurlanması imkanlarını verir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!