main-post-cover

    Google axtarışdakı AI Overviews və AI Mode-u birləşdirir

    Süni İntellekt
    04.12.2025
    Sevinc Miralızadə
         Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Google “AI Overviews” və “AI Mode” funksiyalarını birləşdirməyə başladığını açıqlayıb. Bu yenilik istifadəçilərə axtarış nəticələrinin yuxarısında göstərilən AI tərəfindən yaradılmış icmal əsasında mövzunu daha dərindən araşdırmaq üçün eyni ekranda danışıq interfeysinə keçməyə imkan verəcək.
        “AI Mode” funksiyası bu ilin may ayında ABŞ-də, avqustda isə qlobal olaraq istifadəçilərə təqdim olunmuşdu. Bu rejim Google-un Gemini modeli ilə ChatGPT-yə bənzər şəkildə sual-cavab formatında söhbət etməyə şərait yaradır. Amma indiyədək istifadəçilər daha mürəkkəb mövzularla bağlı suallar vermək istəyirdilərsə, əvvəlcədən “AI Mode” bölməsinə keçməli olurdular.
        Yeni testlə birlikdə istifadəçilər mobil cihazlardan axtarış nəticələri səhifəsindən birbaşa “AI Mode” daxilində söhbəti davam etdirə biləcəklər. Funksiya mərhələli şəkildə qlobal olaraq tətbiq olunur və hələlik yalnız mobil versiyada aktivdir.
        Bu dəyişiklik OpenAI-da yaranmış “Code Red” vəziyyəti fonunda diqqət çəkir. OpenAI hazırda digər layihələri təxirə salaraq çat təcrübəsini təkmilləşdirməyə fokuslanıb. Google-un Gemini modelinə edilən yeniləmələr və Nano Banana təsvir modeli sayəsində Gemini-nin aylıq istifadəçi sayı noyabrda 650 milyonu keçib. “AI Overviews” isə 2 milyard aylıq istifadəçisi ilə Google-un əsas üstünlüklərindən biridir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google Nano Banana foto generatorunu AI Mode rejiminə və Google Lens-ə inteqrasiya edib
    google-nano-banana-foto-generatorunu-ai-mode-rejimine-ve-google-lens-e-inteqrasiya-edib
    Google: "Süni intellekt saytlardan trafiki özünə çəkmir"
    google-suni-intellekt-saytlardan-trafiki-ozune-cekmir
    Google-un süni zəka axtarışı səsli sorğuları başa düşməyə başlayıb
    google-un-suni-zeka-axtarisi-sesli-sorgulari-basa-dusmeye-baslayib
    Google Search-də AI Mode rejimi istifadəyə verilib
    google-search-de-ai-mode-rejimi-istifadeye-verilib
    Google Search-də AI Mode düyməsi test edilir
    google-search-de-ai-mode-duymesi-test-edilir