main-post-cover

    DeepSeek yenilənmiş R1 süni zəka modelində senzuranı sərtləşdirib

    Süni İntellekt
    30.05.2025
    Emil Nəcəfov
         Çinin DeepSeek şirkəti tərəfindən hazırlanmış R1-0528 modelinin yeni versiyası proqramlaşdırma, riyaziyyat və ümumi biliklər sahəsində yüksək nəticələr göstərib və OpenAI-nin flaqman modeli GPT-4o ilə demək olar ki, bərabərləşib. Lakin müstəqil testlər göstərib ki, bu süni zəka modeli xüsusilə Çin hakimiyyətinin tənqidi ilə bağlı mövzularda cavabları daha sərt senzura edir. Məlumata görə, test xlr8harder ləqəbli anonim tərtibatçı tərəfindən SpeechMap platformasında aparılıb. Bu platforma süni zəka modellərinin siyasi həssas mövzulara reaksiyasını müqayisə edir.
         Onun araşdırmasına əsasən, R1-0528, əvvəlki DeepSeek modelləri ilə müqayisədə çox daha az dərəcədə mübahisəli fikirlərə yol verir və şirkətin indiyədək ən sərt senzura olunan modeli hesab olunur. Xüsusilə R1-0528, Sincan bölgəsindəki “İnternat düşərgələri” barədə suallardan yayınır. Hüquq müdafiəçilərinin məlumatına görə, bu düşərgələrdə 1 milyondan çox uyğur əsassız şəkildə saxlanılıb. Model bəzi hallarda bu düşərgələri “insan hüquqlarının pozulması” adlandırsa da, əksər vaxtlarda Çin hökumətinin rəsmi mövqeyini təkrarlayır. Bu tendensiyanı TechCrunch jurnalistləri də apardıqları qısa test zamanı təsdiqləyiblər.
         2023-cü ildən qüvvədə olan qanuna əsasən, Çinin süni zəka tərtibatçıları ölkə birliyinə və ictimai harmoniyaya zərər verə biləcək məzmunun yaradılmasından yayınmaq öhdəliyi daşıyırlar. Bu tələb çox vaxt dövlət siyasətinə zidd olan hər hansı mövzunun qadağan edilməsi kimi şərh olunur. Bu tələblərə əməl etmək üçün şirkətlər ya sorğu səviyyəsində filtrasiya sistemləri tətbiq edir, ya da süni zəka modellərini əlavə təlimdən keçirirlər. Qeyd olunur ki, hələ 1 il əvvəl aparılan bir araşdırma, DeepSeek R1 modelinin Çin hökumətinin siyasi baxımdan mübahisəli hesab etdiyi mövzularda sualların 85%-nə cavab verməkdən imtina etdiyini göstərmişdi. İndi isə bu göstəricinin daha da artdığı görünür.
    Mənbə: Techcrunch
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    DeepSeek R1-in distillə üsulu ilə yaradılmış daha kiçik versiyası təqdim edilib
    deepseek-r1-in-distille-usulu-ile-yaradilmis-daha-kicik-versiyasi-teqdim-edilib
    DeepSeek R1 süni zəka modelinin yenilənmiş versiyasını təqdim edib
    deepseek-r1-suni-zeka-modelinin-yenilenmis-versiyasini-teqdim-edib
    Natasha AI adı altında yüzlərlə hindu proqramçı fəaliyyət göstərib
    natasha-ai-adi-altinda-yuzlerle-hindu-proqramci-fealiyyet-gosterib
    Anthropic-in süni zəka əsaslı Claude çat-botunda səsli rejim istifadəyə verilib
    anthropic-in-suni-zeka-esasli-claude-cat-botunda-sesli-rejim-istifadeye-verilib
    Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
    suni-zeka-esasli-cat-botlar-cinayetkarlarin-aletlerine-cevrilirler