main-post-cover

    Claude Opus 4.5 təqdim olundu!

    Süni İntellekt
    27.11.2025
    Sevinc Miralızadə
        Anthropic şirkəti bu həftə özünün ən güclü süni intellekt modeli olan Claude Opus 4.5-i istifadəyə verdi. Opus seriyası artıq uzun müddətdir ki, xüsusilə kod yazma prosesini sürətləndirmək və AI agentləri yaratmaq istəyən inkişafçılar üçün ən yaxşı modellərdən biri kimi tanınır.
        Bəs yeni Opus 4.5 modeli hansı yeniliklərlə gəlir?
        TechCrunch-un məlumatına görə, Claude Opus 4.5 süni intellekt modelləri üçün nəzərdə tutulmuş bir çox beynəlxalq testlərdə yüksək nəticələr göstərib. Model ilk dəfə olaraq SWE-Bench Verified adlı nüfuzlu kodlaşdırma sınağında 80 faizdən yüksək nəticə əldə edib. Bu göstərici həm təcrübəli proqramçılar, həm də “vibe coder” adlanan yaradıcı kodlaşdırma həvəskarları üçün əhəmiyyətlidir.
        Anthropic bununla kifayətlənmir və Claude Code adlı kodlaşdırma alətinə də əlavə imkanlar gətirir. Şirkətin sözlərinə görə, yeni Plan Mode artıq daha dəqiq planlar hazırlayır və tapşırıqları daha etibarlı şəkildə icra edir. Bu funksiya artıq Claude-un masaüstü tətbiqində də mövcuddur və istifadəçilərə eyni anda bir neçə sessiya açmağa imkan verir. Məsələn, bir AI agenti proqramdakı xətanı düzəldərkən, digər agent eyni vaxtda GitHub-da araşdırma apara bilir.
        Bundan əlavə, şirkət Claude for Chrome və Claude for Excel kimi iki əlavə məhsulu daha geniş istifadəçi kütləsinə təqdim edir. Opus 4.5-in çoxlu tapşırığı paralel şəkildə yerinə yetirmə bacarığı bu tətbiqlərdə xüsusilə nəzərə çarpacaq. İstifadəçilər həm brauzerdə, həm də Excel cədvəllərində AI agentlərinə eyni anda bir neçə iş verə biləcəklər. Model həmçinin yaddaş sistemində də ciddi təkmilləşmələr alıb. Artıq istifadəçilər limitsiz şəkildə söhbət edə biləcək, Claude isə əvvəlki dialoqları avtomatik olaraq ümumiləşdirərək tək bir söhbət xəttinin davam etməsinə imkan verəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    AI-ya hiyləgərlik öyrətmək təhlükəli nəticələr yarada bilər
    ai-ya-hiylegerlik-oyretmek-tehlukeli-neticeler-yarada-biler
    Anthropic-in AI yarışında mövqeyi möhkəmlənir
    anthropic-in-ai-yarisinda-movqeyi-mohkemlenir
    Anthropic şirkətində proqram təminatı kodunun 90%-i süni intellekt tərəfindən tərtib olunur
    anthropic-sirketinde-proqram-teminati-kodunun-90-i-suni-intellekt-terefinden-tertib-olunur
    Anthropic süni intellektin real işdə faydasını artırmaq üçün Skills funksiyasını işə salıb
    anthropic-suni-intellektin-real-isde-faydasini-artirmaq-ucun-skills-funksiyasini-ise-salib
    Anthropic şirkəti Claude Haiku 4.5 süni intellekt modelini təqdim edib
    anthropic-sirketi-claude-haiku-45-suni-intellekt-modelini-teqdim-edib