main-post-cover

    Çinin süni zəka sistemi real pilotları geridə qoyub

    Süni İntellekt
    13.03.2025
    Emil Nəcəfov
         Çinli tədqiqatçılar hava döyüşlərinin simulyasiyalarında pilotları üstələyə bilən süni zəka sistemi hazırlayıblar. Bu sistem infraqırmızı görüntüləri analiz edir və təyyarənin qanad və quyruq hərəkətlərini izləyərək düşmənin manevrlərini əvvəlcədən proqnozlaşdırır. İnkişafın əsasında YOLOv8 LSTM neyron şəbəkələri dayanır, bu isə proqnoz dəqiqliyini on qat artırmağa imkan verib. Bu texnologiya avtomatlaşdırılmış zenit sistemlərinə inteqrasiya oluna bilər. Əvvəlki süni zəka sistemləri insan pilotların gözlənilməz və qeyri-xətti manevrlərinə qarşı effektiv müqavimət göstərə bilmirdi. Alimlər bu problemi düşmən təyyarələrinin fiziki mexanikasını araşdırmaqla həll ediblər.
         Tədqiqatçılar vurğulayıblar ki, pilotların hərəkətləri instinktlərə əsaslanır və tez-tez qeyri-müəyyən olur. Lakin hər bir manevrin müəyyən mexaniki şərtləri var və süni zəka bunları növbəti addımları proqnozlaşdırmaq üçün istifadə edə bilər. YOLOv8 neyron şəbəkəsi infraqırmızı görüntüləri analiz edərək düşmən təyyarəsinin idarəetmə səthlərindəki deformasiyaları aşkar edir. Məsələn, F-15-in istiqamət sükanı və ya hündürlük sükanının hərəkətlərini millimetr dəqiqliyi ilə müəyyən edə bilir. Əldə olunan real vaxt məlumatları LSTM neyron şəbəkəsi tərəfindən xüsusi "diqqət mexanizmi" ilə işlənir. Bu isə süni zəkaya pilotun manevrini tamamlamadan əvvəl onun niyyətini proqnozlaşdırmağa imkan verir.
         Yeni sistem simulyasiyalarda əvvəlki metodlarla müqayisədə proqnoz dəqiqliyini 10 qat artırıb. Tədqiqatçılara görə, bu səviyyədə dəqiqlik avtomatlaşdırılmış zenit sistemlərində raketlərin birbaşa pilot kabinasını hədəfə almasına imkan verəcək. Hava döyüşü simulyasiyalarında F-15 bir neçə mürəkkəb manevr icra edib, o cümlədən sursatları buraxdıqdan sonra sərt yüksəliş və atəşdən yayınmaq üçün xaotik manevrlər. Süni zəka sistemi idarəetmə səthlərinin hərəkətlərini izləyərək real vaxt rejimində və millisaniyə dəqiqliyi ilə təyyarənin uçuş trayektoriyasını proqnozlaşdırıb. Bu isə düşmən təyyarəsinin manevrlə raketlərdən yayınma ehtimalını aradan qaldırıb. Çin süni zəkanı müxtəlif sahələrə inteqrasiya edir, o cümlədən:
    - Üz tanıma texnologiyaları
    - Maliyyə texnologiyaları (FinTech)
    - Pilotsuz uçuş aparatları
    - 5G şəbəkələri
         Nüvə texnologiyalarından fərqli olaraq, burada təşəbbüsün əsasən hökumətdən deyil, özəl şirkətlər və universitetlərdən gəlir. Belfer Mərkəzinin hesabatına görə, 2018-ci ilə qədər Çin süni zəka sahəsində patentlərin sayına görə ABŞ-ı 2.5 dəfə qabaqlayıb. Bu il isə Çin informatika sahəsində ABŞ-dan üç dəfə çox mütəxəssis yetişdirir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Süni zəka tərəfindən yazılmış məqalə ilk dəfə elmi rəy prosesindən uğurla keçib
    suni-zeka-terefinden-yazilmis-meqale-ilk-defe-elmi-rey-prosesinden-ugurla-kecib
    Google robotlara istiqamətlənmiş süni zəka modelini təqdim edib
    google-robotlara-istiqametlenmis-suni-zeka-modelini-teqdim-edib
    IBM CEO-su: "Süni zəka yaxın zamanda proqramçıları əvəz etməyəcək"
    ibm-ceo-su-suni-zeka-yaxin-zamanda-proqramcilari-evez-etmeyecek
    OpenAI bədii mətnlər tərtib edə bilən süni zəka modelini yaradıb
    openai-bedii-metnler-tertib-ede-bilen-suni-zeka-modelini-yaradib
    Real münasibətin süni zəka ünsiyyəti ilə əvəzlənməsinin təhlükəsi barəsində xəbərdarlıq edilib
    real-munasibetin-suni-zeka-unsiyyeti-ile-evezlenmesinin-tehlukesi-baresinde-xeberdarliq-edilib