main-post-cover

    Britaniyadakı tələblərin demək olar hamısı təhsildə süni zəkadan istifadə edir

    Süni İntellekt
    28.02.2025
    Emil Nəcəfov
         Böyük Britaniyanın Ali Təhsil Siyasəti İnstitutu (HEPI) tərəfindən aparılmış araşdırma süni zəkanın tələbələr arasında sürətlə məşhurlaşdığını göstərib. Əgər 2024-cü ildə tələbələrin 66%-i təhsil üçün süni zəkadan istifadə edirdisə, 2025-ci ildə bu göstərici 92%-ə çatıb. Bundan əlavə, tədqiqatçılar bildiriblər ki, tələbələr yazılı imtahanlara hazırlaşarkən ChatGPT kimi alətlərdən aktiv şəkildə istifadə edirlər. Cəmi 1 il ərzində bu cür alətlərin istifadəsi 53%-dən 88%-ə yüksəlib. Tələbələr qeyd ediblər ki, süni zəkadan çətin mövzuları anlamaq, elmi məqalələri xülasələndirmək və tədqiqat layihələri üçün ideyalar yaratmaq məqsədilə istifadə edirlər.
         Bununla yanaşı, hər 5 tələbədən 1-i (18%) açıq şəkildə etiraf edir ki, süni zəka tərəfindən yaradılan mətn parçalarını birbaşa öz işlərinə daxil edir. Sorğuda iştirak etmiş 1000 nəfərdən 51%-i süni zəkanın onların vaxtına qənaət etməyə kömək etdiyini, 50%-i isə onun tədris materiallarının keyfiyyətinə müsbət təsir göstərdiyini bildirib. Araşdırma maraqlı bir tendensiyanı da üzə çıxarıb. Belə ki, imkanlı ailələrdən olan tələbələr süni zəkadan daha çox istifadə edirlər, nəinki daha az təminatlı həmyaşıdları.
         Tələbələrin süni zəkadan istifadəyə qarşı çıxmasının əsas səbəbləri isə akademik fırıldaqçılıqda ittiham olunmaq qorxusu və süni zəka nəticələrinin qeyri-dəqiqliyi (hallüsinasiyalar) olub. Araşdırmanın müəllifi Josh Freeman-ın fikrincə, tələbələrin akademik davranışındakı bu sürətli dəyişikliklər universitetlərin təcili tədbirlər görməsini tələb edir. O hesab edir ki, universitetlər qiymətləndirmə sistemini yenidən nəzərdən keçirməlidirlər. Bu, süni zəkanın tapşırıqları asanlıqla həll etməsinə yol verməməli, eyni zamanda süni zəkanın tələbələr arasında geniş yayılmasını və aktiv istifadəsini nəzərə almalıdır.
    Mənbə: The Guardian
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Microsoft süni zəka vasitəsilə intim kontentlər hazırlamış haker qruplaşmasını çökdürüb
    microsoft-suni-zeka-vasitesile-intim-kontentlie
    OpenAI GPT-4.5 süni zəka modelini təqdim edib
    openai-gpt-45-suni-zeka-modelini-teqdim-edib
    Tencent şirkəti DeepSeek-dən daha sürətli çalışan süni zəka modelini təqdim edib
    tencent-sirketi-deepseek-den-daha-suretli-calisan-suni-zeka-modelini-teqdim-edib
    DeepSeek Çində süni zəka inqilabını işə salıb
    deepseek-cinde-suni-zeka-inqilabini-ise-salib
    Microsoft CEO-su: "Süni zəkanın dəyəri onun iqtisadiyyata necə təsir göstərdiyindən asılı olacaq"
    microsoft-ceo-su-suni-zekanin-deyeri-onun-iqtisadiyyata-nece-tesir-gosterdiyinden-asili-olacaq