Britaniya polisi cinayətlərin üstünü açmaq üçün süni zəkadan istifadə etməyə başlayıb
Süni İntellekt
30.09.2024
Emil Nəcəfov
Zaman keçdikcə süni zəka daha çox sahədə tətbiq olunmağa başlayır. Süni zəkanın potensial imkanlarını Britaniya polisləri də sərgiləyirlər. Eyvon və Somerset qraflığının hüquq-mühafizə orqanları Soze adlı tətbiqdən istifadə etməyə başlayıblar. Bu tətbiq hal-hazırda test mərhələsindədir. Sözügedən texnologiya konkret cinayətlərlə bağlı böyük həcmdə məlumatları (məktublar, mesajlar, maliyyə sənədləri, sosial şəbəkə hesabları, cərimələr və s.) analiz edir, onlarda müəyyən qanunauyğunluqları və onlar arasında az nəzərə çarpan əlaqələri axtarır.
Daha sonra isə sistem analiz prosesini işə salır, müəyyən nəticəyə gəlir və əldə edilmiş nəticəni hüquq-mühafizə orqanlarına təqdim edir. Təbii ki, Soze hələ ki, real istintaqçını əvəz edə bilmir. Lakin bununla belə ondan istifadə edən hüquq-mühafizə orqanları ondan razıdırlar və bu texnologiyada böyük potensialı görürlər. Uzunmüddətli perspektivdə bu texnologiya əlavə işçiləri cəlb etmədən qısa zaman ərzində müxtəlif cinayətlərin üstünü açmağa yardımçı ola bilər. Böyük Britaniya Milli Polis Rəisləri Şurasının sədri Gavin Stephens öz növbəsində Soze adlı tətbiqin iş prosesini belə xarakterizə edib.
“Siz, lazımi materialların çatışmazlığı səbəbilə ilk baxışdan həlli mümkün olmayan cinayət işinə sahib ola bilərsiniz. Bu halda siz əldə olan materialları bu cür sistemə yükləyirsiniz və o öz növbəsində sizə lazımi qiymətləndirməni təqdim edir. Mən bunu olduqca effektiv hesab edirəm” - deyə Gavin Stephens qeyd edib. Digər tərəfdən mütəxəssislər qeyd ediblər ki, bu cür süni zəka sistemlərinə tam şəkildə güvənmək lazım deyil. Belə ki, onlar düzgün olmayan və ya özlərinin uydurmuş olduqları məlumatları təqdim edə bilərlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
İngiltərədə ilk "müəllimsiz" süni intellekt sinfi açılıb! (VİDEO)
İngiltərədə ilk "müəllimsiz" süni intellekt sinfi açılıb! (VİDEO)
David Game College, Londonda tələbələrin fərdi ehtiyaclarına uyğunlaşdırılmış təhsil təklif edən süni intellektlə işləyən müəllimsiz sinif otağı açıb.
Süni zəka sistemləri bazarının dövriyyəsi bir neçə ilə 1 trilyon dollara yüksələ bilər
Süni zəka sistemləri bazarının dövriyyəsi bir neçə ilə 1 trilyon dollara yüksələ bilər
Bain adlı investisiya şirkətinin nümayəndələri hesab edirlər ki, süni zəka sistemləri ilə əlaqəli olan proqram və aparat təminatı bazarı illik ortalama 40-55% böyüyəcək.
Bill Gates, indiki ağıla sahib olsaydı, seçəcəyi peşənin nə ola biləcəyini açıqlayıb!
Bill Gates, indiki ağıla sahib olsaydı, seçəcəyi peşənin nə ola biləcəyini açıqlayıb!
Microsoft-un qurucusu Bill Gates, süni intellekt texnologiyalarının artan əhəmiyyətinə diqqət çəkib. Məşhur iş adamı CNBC-e-yə verdiyi müsahibədə yeni bir işə başlasa, proqram təminatı sahəsinə deyil, süni intellektə əsaslanan təşəbbüsə diqqət yetirmək istəyə biləcəyini bildirib.
Google, süni intellektin hansı peşənin sonunu gətirə bilməyəcəyini açıqlayıb!
Google, süni intellektin hansı peşənin sonunu gətirə bilməyəcəyini açıqlayıb!
Son zamanlar süni intellektin sürətli inkişafı ilə bir çox peşə qruplarında narahatlıqlar yaranmağa başlayıb. Xüsusilə proqramçılar süni intellektin onları əvəz edəcəyindən narahatdırlar. Lakin Google-un baş direktoru Sundar Pichai, bu narahatlıqlara çox fərqli prizmadan baxır.
Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)
Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)
Keçən şənbə günü “ChromaLock” adlı bir YouTube məzmun yaradıcısı, Texas Instruments-ın məşhur qrafik kalkulyatoru TI-84-ü internetə qoşaraq OpenAI-nin süni intellekt modeli ChatGPT-ni işə salmağı bacarıb.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!