BMT süni zəka ilə bağlı məsləhət şurası yaradıb
Süni İntellekt
30.10.2023
Emil Nəcəfov
BMT süni zəka texnologiyasının beynəlxalq səviyyədə tənzimlənməsi üzrə məsləhətlərin təşkilinə istiqamətlənmiş yeni məsləhət şurasını yaradıb. Bu şuraya müxtəlif ölkələrin, elm və biznesin üzvləri, o cümlədən məşhur şirkətlərin (Google və OpenAI) rəhbərləri daxil olublar. Şurada ümumi olaraq 39 nəfər üzv var. Sözügedən şura BMT tərəfindən 2024-cü ildə keçirilməsi planlaşdırılan sammit üçün təkliflərin hazırlanması ilə məşğul olacaq.
BMT təmsilçilərinin sözlərinə əsasən şuranın əsas məqsədləri arasında süni zəka riskləri barəsində konsensusa çatmaq, süni zəka texnologiyasının dayanıqlı inkişaf maraqlarında istifadəsinə yardımçı olmaq və bu mövzuda beynəlxalq əməkdaşlıqları gücləndirmək var. Süni zəkanın təhlükələrinə istiqamətlənmiş digər təşəbbüslədən fərqli olaraq BMT şurası bu mövzuda daha pozitiv mövqeyə sahibdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Meta-nın süni zəka mütəxəssisi texnologiyanın məhdudlaşdırılmasına qarşıdır
Meta-nın süni zəka mütəxəssisi texnologiyanın məhdudlaşdırılmasına qarşıdır
Meta şirkətinin süni zəka üzrə baş mütəxəssisi Yann LeCun bildirib ki, seni zəkanın hal hazırki inkişaf səviyyəsi aşağıdır və buna görə də onu tənzimləməyə ehtiyac yoxdur.
Youtube musiqiçilərin səslərini kopyalayan süni zəka texnologiyasını hazırlayır
Youtube musiqiçilərin səslərini kopyalayan süni zəka texnologiyasını hazırlayır
Youtube kontent müəllifləri üçün musiqiçilərin səslərini kopyalaya biləcək süni zəka əsaslı texnologiya üzərində çalışır.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!