main-post-cover

    5 ildən sonra süni intellekt bütün İT sektoru zəbt edə bilər

    Süni İntellekt
    10.09.2025
    Emil Nəcəfov
         5 ildən sonra informasiya texnologiyalarından süni intellektdən bəhs etmədən danışmaq mümkün olmayacaq. Gartner analitikləri belə hesab edirlər. Onların proqnozuna görə, 2030-cu ilə qədər İT sahəsindəki hər bir tapşırıq bir şəkildə süni intellekt  ilə bağlı olacaq. Lakin bu gün şirkətlərin 65%-i süni intellektə yatırımlardan zərər görür, amerikalıların isə yarıdan çoxu texnologiyaya skeptik yanaşır. Gartner vitse-prezidenti Alicia Mallory-nin sözlərinə görə, hazırda İT sahəsində tapşırıqların təxminən 81%-i süni intellektsiz yerinə yetirilir. Amma cəmi 5 ildən sonra bu sahədə işlərin 1/4-ni botlar, qalan 75%-i isə süni intellekt dəstəyi ilə insanlar icra edəcəklər. Bu proqnoz skeptiklərdə narahatlıq doğurur, çünki onlar avtomatizasiyada kütləvi ixtisarlar üçün təhlükə görürlər.
         Reallıqda isə, Gartner ekspertlərinin qeyd etdiklərinə görə, indiyədək ixtisarların yalnız 1%-i birbaşa süni intellekt tətbiqi ilə bağlı olub. Əmək bazarına təsir ilk növbədə başlanğıc vəzifələr səviyyəsində daha çox hiss oluna bilər. Goldman Sachs hesab edir ki, süni intellekt ABŞ-da işçilərin 6-7%-ni sıxışdıra bilər, lakin bu təsir çox güman ki, müvəqqəti olacaq - zamanla yeni iş yerləri yaranacaq. Analitiklər vurğulayırlar ki, süni intellekt təkcə tapşırıqları dəyişmir, həm də İT şöbələrinin imkanlarını genişləndirir. Gələcəkdə onların qarşısında bir çağırış duracaq - avtomatizasiya daha az resursla daha çox iş görməyə imkan verdiyi halda, personal sayını əsaslandırmaq. Qorxulara baxmayaraq, mütəxəssislər hesab edirlər ki, süni intellekt zamanla yox etdiyi iş yerlərindən daha çoxunu yaradacaq.
         Belə ki, Dünya İqtisadi Forumu proqnozlaşdırır: 2030-cu ilə qədər dünyada süni intellekt tətbiqi sayəsində yox olacaqdan 78 milyon daha çox yeni iş yeri yarana bilər. Lakin bu gələcəyə gedən yol asan deyil. Gartner-in məlumatları göstərir ki, hazırda şirkətlərin 65%-i süni intellektə yatırımlardan zərər görür. Bundan başqa, texnologiyalar risklər də daşıyır - alqoritm xətalarından və qərəzdən tutmuş tətbiq xərclərinin artmasına qədər. Skeptisizm geniş ictimaiyyət arasında da qalmaqdadır. Pew tədqiqat mərkəzinin 5410 amerikalı arasında aparmış olduğu sorğuya görə, respondentlərin yarıdan çoxu (51%) süni intellektdən daha çox narahatdır, nəinki ondan ilhamlanır. Ən böyük narahatlıqlar iş yerinin itirilməsi, deepfake-lərin yayılması, dezinformasiya və alqoritmlərdə qərəzin möhkəmlənməsi ilə bağlıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Hər üçüncü tərtibatçı kodun yarısını süni intellekt vasitəsilə yazır
    her-ucuncu-tertibatci-kodun-yarisini-suni-intellekt-vasitesile-yazir
    Sam Altman internetin süni olmasından şikayətlənib
    sam-altman-internetin-suni-olmasindan-sikayetlenib
    DeepSeek ilin sonuna kimi süni intellekt agenti funksiyalarına sahib yeni modelini təqdim etməlidir
    deepseek-ilin-sonuna-kimi-suni-intellekt-agenti-funksiyalarina-sahib-yeni-modelini-teqdim-etmelidir
    Süni intellektin real proqramçını əvəz edə bilib-bilmədiyi təcrübə vasitəsilə yoxlanılıb
    suni-intellektin-real-proqramcini-evez-ede-bilib-bilmediyi-tecrube-vasitesile-yoxlanilib
    ChatGPT-dəki maneələri yaltaqlıq və psixoloji üsullarla aşmaq mümkündür
    chatgpt-deki-maneeleri-yaltaqliq-ve-psixoloji-usullarla-asmaq-mumkundur