main-post-cover

    14 yaşlı bir uşağın ölümündə süni intellekt günahkar görülüb!

    Süni İntellekt
    24.10.2024
    Farid Pardashunas

         14 yaşlı bir uşağın intiharında Character.AI-ı günahlandıran ana, süni zəka şirkətinə qarşı məhkəmə iddiası qaldırıb.

         ABŞ-ın Orlando şəhərində baş verən hadisədə, 14 yaşlı 9-cu sinif şagirdi Sewell Setzer III intihar etmişdi. Gəncin ailəsi bu intiharda Character.AI adlı süni zəkadan istifadə edən bir söhbət botunun məsuliyyət daşıdığını iddia edir. Ananın sözlərinə görə, oğlu söhbət botları ilə danışmağa başladıqdan sonra özünü təcrid etməyə başlayıb. İddialara görə, Setzer Character.AI-ın rol oynama proqramındakı botlarla, xüsusilə "Dany" adlı botla emosional bir əlaqə qurub və daim onunla mesajlaşmağa başlayıb. Bu, zaman keçdikcə onu real dünyadan uzaqlaşdırıb.
         İddialara əsasən, Setzer intihara meyilli düşüncələrini söhbət botuna etiraf edib və hətta ölümündən qısa müddət öncəyə qədər botla mesajlaşmağa davam edib. Character.AI isə bu kimi hadisələrin təkrarlanmasının qarşısını almaq üçün tədbir görməyə başlayıb. Şirkət tərəfindən edilən açıqlamada, xidmət şərtlərini pozan söhbətlərin "aşkarlanması, cavablandırılması və müdaxiləsi" üçün təkmilləşdirilmiş texnologiyaların hazırlanması və bir istifadəçinin söhbətdə bir saat keçirdikdə xəbərdarlıq bildirişi göndərmək kimi xüsusiyyətlərin üzərində çalışdıqları bildirilib.
         Süni intellektli söhbət və dostluq botları getdikcə böyüyən bir bazar halına gəlir. Bununla yanaşı, söhbət botları adətən insanları məmnun edəcək cavablar vermək üçün dizayn edilir və bu botlarla qurulan "dostluqların" insanların zehni sağlamlığına təsiri haqqında çox az tədqiqat aparılıb.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Runway, film tarixində cığır açacaq yeni Act-One alətini təqdim edib! (VİDEO)
    runway-film-tarixinde-cigir-acacaq-yeni-act-one-aletini-teqdim-edib-video
    Süni intellekt artıq heç bir müdaxilə olmadan təkbaşına kompüterləri idarə edə bilir!
    suni-intellekt-artiq-hec-bir-mudaxile-olmadan-tekbasina-komputerleri-idare-ede-bilir
    96% doğruluq payı ilə xərçəng xəstələyini aşkarlaya bilən süni intellekt hazırlanıb!
    96-dogruluq-payi-ile-xerceng-xesteleyini-askarlaya-bilen-suni-intellekt-hazirlanib
    Robot tərəfindən hazırlanmış rəsm hərraca çıxarılacaq
    robot-terefinden-hazirlanmis-resm-herraca-cixarilacaq
    ChatGPT-də bütün məhdudiyyətləri aradan qaldıran "prompt" kəşf edilib!
    chatgpt-de-butun-mehdudiyyetleri-aradan-qaldiran-prompt-kesf-edilib