Çin qrafit eksportunu məhdudlaşdıracaq
Startup və Biznes
20.10.2023
Emil Nəcəfov
Bir neçə müddət bundan öncə ABŞ hökuməti Çinə qarşı eksport məhdudiyyətlərini genişləndirdi. Nəticədə Çinə çiplərin satılması mövzusunda məhdudiyyətlər təyin edildi. Çin hökuməti isə öz növbəsində buna reaksiya verərək öz məhdudiyyətini təyin edib. Çin qrafitin eksportunu reallaşdıran ən böyük təchizatçıdır. Qrafit isə öz növbəsində elektromobillər üçün nəzərdə tutulmuş batareyaların istehsalında istifadə edilir. Bu ilin 1 dekabr tarixindən başlayaraq Çinin qrafit eksportu ilə məşğul olan təmsilçiləri eksport prosesinin reallaşdırılması üçün hökumətdən icazə lisenziyası almalı olacaqlar.
ABŞ hökumətinin təyin etmiş olduğu məhdudiyyətdən fərqli olaraq Çin tərəfindən təyin edilmiş məhdudiyyətin konkret coğrafi istiqaməti yoxdur. Buna görə də bu məhdudiyyətdən ABŞ, Yaponiya, Koreya və Hindistan zərər çəkə bilərlər. Belə ki, bu ölkələr Çinin ən böyük qrafit alıcılarıdır. Qış fəslindən başlayaraq eksport nəzarəti bir neçə növ xammalı əhatə edəcək. Xammallardan bəziləri daha öncə də nəzarət altında idilər. Lakin onların barəsində məhdudiyyətlər yox idi. Qrafit eksportunun məhdudlaşdırılması halında elektromobil istehsalçıları digər alternativləri axtarmalı olacaqlar. Bu isə öz növbəsində nəqliyyat vasitələrinin qiymətlərinə ciddi təsir göstərəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
Astrofizik Daniele Sorini: Biz yadplanetliləri görə bilmirik, çünki onlar başqa kainatdadırlar!