
YouTube Shorts videolarının gündəlik baxış sayı 200 milyardı keçib
Sosial Media
20.06.2025
Emil Nəcəfov
YouTube yeni bir həddi aşdı. Baş direktor Neal Mohan-ın sözlərinə görə, YouTube Shorts platformasında qısa videoların orta gündəlik baxış sayı artıq 200 milyarda çatıb. O bu barədə “2025 Cannes Lions International Festival of Creativity”də çıxışı zamanı danışıb. Bu rəqəm çoxdur, yoxsa az? Keçən illə müqayisədə gündəlik auditoriya təxminən 186% artıb. Halbuki 2024-cü ilin mart ayında YouTube bildirmişdi ki, Shorts videoları gündə orta hesabla 70 milyard dəfə izlənilir. Qeyd edək ki, qısametrajlı videolar YouTube platformasında ilk dəfə 2021-ci ildə istifadəyə verilib.

Mohan həmçinin bildirib ki, hər gün izləyicilər televizorlarında YouTube platformasından 1 milyard saatdan çox kontent izləyirlər. Bu rəqəm heyrətamizdir, lakin təəccüblü deyil, çünki may ayında YouTube ardıcıl dördüncü ay olmaqla Nielsen-in The Gauge hesabatında birinci yeri tutub. Bu isə o deməkdir ki, YouTube bütün digər streaming platformaları və kanallar arasında ən çox izlənilən olub. Həmin ay ərzində ümumi televiziya baxışlarının 12.5%-i YouTube-un payına düşüb. Bu da The Gauge tərəfindən hesabatda qeyd olunan bütün platforma və kanallar arasında ən böyük tamaşaçı payıdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
YouTube Shorts-a Google Veo 3 video generatoru əlavə ediləcək

YouTube Shorts-a Google Veo 3 video generatoru əlavə ediləcək
YouTube-un baş direktoru Neal Mohan bildirib ki, süni zəka əsaslı ən yeni video generasiya modeli olan Google Veo 3 bu yay Shorts adlı qısa şaquli videolar bölməsinə əlavə olunacaq.
Sosial şəbəkələr ABŞ-da televiziyanı geridə qoyaraq xəbərlərin əsas mənbəyinə çevriliblər

Sosial şəbəkələr ABŞ-da televiziyanı geridə qoyaraq xəbərlərin əsas mənbəyinə çevriliblər
Tarixdə ilk dəfə olaraq sosial şəbəkələr amerikalılar üçün əsas xəbər mənbəyi kimi televiziyanı geridə qoyub. Aparılmış yeni araşdırmanın nəticələrinə əsasən ABŞ-da yetkin əhalinin 54%-i xəbərləri sosial şəbəkələr və ya video platformalar vasitəsilə əldə edir.
YouTube keçilməyən daha uzun reklam formatını test edir

YouTube keçilməyən daha uzun reklam formatını test edir
YouTube reklam formatları üzərində təcrübələrini davam etdirir. Bu dəfə platforma 30 saniyəlik keçilməyən reklam videolarını test edir.
YouTube reklam bloklayıcıları səbəbilə videoların sürətini aşağı salır

YouTube reklam bloklayıcıları səbəbilə videoların sürətini aşağı salır
YouTube reklamları bloklayan istifadəçilər üçün videoların baxış sürətini azaltmağa başlayıb. Reddit və Brave brauzerinin forumunda bunun necə baş verdiyini göstərən paylaşımlar yer alıb.
YouTube ifadə azadlığının dəyəri zərər riskindən üstün olan videoları artıq silmir

YouTube ifadə azadlığının dəyəri zərər riskindən üstün olan videoları artıq silmir
YouTube videoplatforması öz moderasiya siyasətini yumşaldıb və artıq platforma qaydalarını potensial olaraq poza biləcək, lakin ictimai maraqlara uyğun olan məzmunu silmir.
Həftənin xəbərləri

