
YouTube istifadəçilərə bir neçə saatlıq reklam elanları sərgiləməyə başlayıb
Sosial Media
27.01.2025
Emil Nəcəfov
YouTube video izləmə xidmətini istifadəçilərə pulsuz təqdim edir. Lakin bunun qarşılığında istifadəçilərə hər izlənən videoda reklam elanları sərgilənir. Video izləmə zamanı reklam elanlarının sərgilənməməsini istəyən istifadəçilər üçün ödənişli YouTube Premium abunəliyi təklif edilir. Lakin istifadəçilərin əksəriyyəti videolardakı reklam elanları ilə reklam bloklayıcıları vasitəsilə mübarizə aparır. YouTube platformasının sahibi olan Google öz növbəsində reklam bloklayıcılarına qarşı çıxış edir. Məlum olub ki, şirkət bu cür alətlərdən istifadə edən istifadəçilərlə yeni mübarizə yoluna əl atıb.

Belə ki, videoservis reklam bloklayıcılarından istifadə edənlərə video izləmə zamanı olduqca uzun xronometrajlı reklam elanları sərgiləməyə başlayıb. Reklam bloklayıcılarından istifadə edənlər Reddit platformasında şikayət etməyə başlayıblar ki, videoservis onlara aradan qaldırılması mümkün olmayan uzun reklam elanları sərgiləyir. Sərgilənən reklam elanları isə o qədər uzundur ki, istifadəçinin videonu sona kimi izləmək həvəsi aradan qalxır. Məsələn istifadəçilərdən biri qeyd edib ki, YouTube-dakı 49 dəqiqəlik videonu izləmək üçün videoservis ona 52 dəqiqəlik reklam elanını izləməyi təklif edib.
Digər bir istifadəçi isə 58 dəqiqəlik reklam elanından şikayətlənib. Google etiraf edib ki, o, məsələnin həll edilməsi yolunda belə radikal üsullardan istifadə etmək məcburiyyətindədir. “Reklam bizim platformamızdakı video müəlliflər üçün həyati əhəmiyyət daşıyan vasitədir. Reklam onlara öz bizneslərini inkişaf etdirməyə imkan verir. Məhz buna görə reklam bloklayıcıları videoservisin xidmət şərtlərini pozur” - deyə şirkət rəsmisi qeyd edib. Şirkət rəsmisi həmçinin əlavə edib ki, ən pis halda videoservis həmin istifadəçilər üçün ümumiyyətlə video izləmə imkanını deaktiv etmək hüququna sahibdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
TikTok planetimizin atmosferini ən çox çirkləndirən sosial şəbəkədir

TikTok planetimizin atmosferini ən çox çirkləndirən sosial şəbəkədir
Greenly şirkəti TikTok istifadəçilərinin bu məşhur platformanı istifadə etmələri səbəbilə qoyduqları karbon izinin miqdarını təyin edib. Məlum olub ki, TikTok istifadəçiləri atmosferi digərlərindən daha çox çirkləndirirlər.
YouTube-da təsadüfi videoların izlənməsi düyməsi test edilir

YouTube-da təsadüfi videoların izlənməsi düyməsi test edilir
Google şirkəti YouTube tətbiqinin Android üçün nəzərdə tutulmuş yeni versiyasını test etməyə başlayıb. Test versiyada maraqlı bir funksiya istifadəyə verilib.
YouTube clickbait başlıqlı videolarla mübarizə aparmağa başlayacaq

YouTube clickbait başlıqlı videolarla mübarizə aparmağa başlayacaq
YouTube-dakı bəzi videolarda gözləntiləri əsasən doğrultmayan başlıqlar və üzlük fotoları istifadəçilərdə çox zaman qıcıqlanmaya səbəb olurlar.
YouTube-da səsli şərhlər test edilir

YouTube-da səsli şərhlər test edilir
YouTube video müəllifləri üçün nəzərdə tutulmuş yeni funksiyanı test etməyə başlayıb. Test edilən yeni funksiya sayəsində video müəllifləri öz videolarına səsli şərhlər yerləşdirə bilirlər.
YouTube-da videoların süni zəka vasitəsilə dublyajı funksiyası istifadəyə verilib

YouTube-da videoların süni zəka vasitəsilə dublyajı funksiyası istifadəyə verilib
YouTube tərtibatçıları videoservisə çoxdan gözlənilən süni zəka funksiyasını əlavə ediblər. Söhbət, videoların avtomatik dublyaj edilməsi funksiyasından gedir.
Həftənin xəbərləri

