
YouTube-da videoların süni zəka icmalları funksiyası test edilir
Sosial Media
30.06.2025
Emil Nəcəfov
YouTube platformasında artıq Google axtarış sistemində istifadə olunan süni zəka-icmallara (AI Overviews) bənzər bir funksiyanın testinə başlanılıb. İndi müəyyən sorğular zamanı istifadəçilərə sadəcə video siyahısı deyil, əsas video, digər videoların mini görüntüləri və süni zəka tərəfindən yaradılmış mətn formasında daha geniş cavab təqdim olunacaq. Blokda yer alan əsas videoya klikləməklə tam versiyaya baxmaq mümkün olacaq. Əgər axtarış mövzusu alış-veriş, səyahət və ya yerli görməli yerlərlə bağlıdırsa, ABŞ-da olan bəzi YouTube Premium istifadəçiləri nəticələri süni zəka-karusel şəklində görəcəklər. Bu barədə məlumat şirkətin rəsmi bloqunda paylaşılıb.
Funksiya hələlik yalnız iOS və Android üçün mobil YouTube vasitəsilə əlçatandır, yalnız ingilis dilində olan videolarla işləyir və 30 iyula qədər test mərhələsində olacaq. YouTube-un daxili dəstək sənədinə əsasən, bu sınaqda yalnız ABŞ-dakı Premium hesab abunəçiləri arasından təsadüfi seçilmiş istifadəçilər iştirak edə biləcəklər. The Verge qeyd edir ki, bu məhdudiyyət yeni texnologiyanın test mərhələsində olması ilə əlaqədardır. Bundan əlavə, xidmət videonun məzmunu barədə sual verməyə imkan verən dialoq əsaslı süni zəka alətinin əlçatanlığını genişləndirib. Bu funksiya əvvəllər yalnız Premium istifadəçilər üçün aktiv idi, lakin indi ABŞ-da bəzi adi istifadəçilər üçün də əlçatan olub. Qeyd edək ki, bu alət ilk dəfə 2023-cü ildə təqdim olunmuşdu, lakin onun geniş tətbiqinə yalnız indi başlanılıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google Gemini yaxın zamanda Android cihazlarda imkanlarını genişləndirəcək

Google Gemini yaxın zamanda Android cihazlarda imkanlarını genişləndirəcək
Android-də yaxın zamanda cihazı idarə etmək üçün Gemini neyroşəbəkəsindən istifadə imkanı təqdim olunacaq və bu, məxfilik pozulmadan həyata keçiriləcək.
Android 16-da saxta mobil rabitə qüllələrinin təyini funksiyası istifadəyə veriləcək

Android 16-da saxta mobil rabitə qüllələrinin təyini funksiyası istifadəyə veriləcək
Google Android 16-a şəbəkə bildirişi adlı yeni bir funksiyanı əlavə edəcək. Bu funksiya smartfon sahibini cihazın saxta və ya təhlükəli mobil şəbəkəyə qoşulması halında xəbərdar edəcək.
Yeni Chrome köhnə Android cihazlarda dəstəklənməyəcək

Yeni Chrome köhnə Android cihazlarda dəstəklənməyəcək
Google Chrome 139-un buraxılışına hazırlaşdığını elan edib. Məlum olub ki, mobil brauzerin sistem tələbləri növbəti dəfə dəyişəcək. Lakin bu dəfə söhbət prosessor modelindən deyil, smartfona quraşdırılmış Android versiyasından gedir.
Süni zəka əsaslı şəkil generasiya modeli Google Imagen 4 hamı üçün istifadəyə verilib

Süni zəka əsaslı şəkil generasiya modeli Google Imagen 4 hamı üçün istifadəyə verilib
Google növbəti nəsil süni zəka əsaslı şəkil generasiya modeli olan Imagen 4-ü hamı üçün təqdim edib və onu indiyədək təqdim etdiyi ən yaxşı mətn-şəkil çevirmə modeli adlandırıb.
Britaniya Google-u axtarış sistemi üzərindəki nəzarəti zəiflətməyə məcbur edəcək

Britaniya Google-u axtarış sistemi üzərindəki nəzarəti zəiflətməyə məcbur edəcək
Böyük Britaniyanın Rəqabət və Bazarlar üzrə İdarəsi (Competition and Markets Authority, CMA) internet axtarış bazarını daha açıq və rəqabətli etmək istəyir.
Həftənin xəbərləri

