main-post-cover

    WhatsApp-ın mənfi özəlliklərindən biri aradan qaldırılıb

    Sosial Media
    04.02.2025
    Emil Nəcəfov
         WhatsApp istifadəçilərinin ən sevdikləri funksiyalardan biri eyni hesabı bir neçə cihazda istifadə etmək imkanıdır. Bu zaman bütün məlumatlar və funksionallıq qorunur. Lakin bu mövzuda bir məhdudiyyət var idi ki, tərtibatçılar nəhayət onu aradan qaldırıblar. Verilmiş məlumata əsasən, bu yeniliyi WhatsApp-ın Android üçün nəzərdə tutulmuş 2.25.3.7 nömrəli beta versiyasında aşkar edilib. Tezliklə WhatsApp istifadəçiləri bir hesaba bağlı olan cihazlarda "yoxa çıxan" media faylları və mesajlarını görə biləcəklər. Bu isə indiyə qədər mümkün deyildi. Birdən çox cihazda WhatsApp istifadə edənlər üçün bu yenilik çoxdan gözlənilən bir yeniləmə olacaq.
         Lakin hal-hazırda bu funksiya yalnız məhdud sayda beta-test istifadəçiləri üçün əlçatandır və yaxın günlərdə daha geniş test mərhələsinə keçəcək. Bununla belə, bir WhatsApp hesabına bağlı olan cihazlar üçün hələ də bəzi məhdudiyyətlər qalır. Məsələn real vaxt rejimində cihazın yerləşmə məlumatlarını görmək mümkün deyil. Keçən il WhatsApp istifadəçilərə, o cümlədən masaüstü tətbiqlərində, bir hesaba bağlı cihazlardan “bir dəfə baxıla bilən” media göndərmək imkanını təqdim edərək mühüm bir addım atdı. Bu yeniləmə istifadəçi təcrübəsini yaxşılaşdırdı və cihazlar arasında daha inkişaf etmiş ünsiyyətə imkan verdi.
         Lakin bütün bu dəyişikliklərə baxmayaraq, WhatsApp hələ də bir hesaba bağlı cihazlarda “bir dəfə baxıla bilən” şəkilləri, videoları və səsli mesajları açmağa icazə vermirdi. Bu məhdudiyyətin səbəbi tam aydın deyildi. Mümkün izahlardan biri WhatsApp-ın, istifadəçilərin ikinci cihazlarına gələn media faylını birinci cihaz vasitəsilə çəkmələrinin qarşısını almaq istəməsi ola bilər. Bu, gizliliklə bağlı bir qərar kimi görünsə də, əslində müəyyən bir ziddiyyət yaradırdı. Çünki istifadəçi əksini də edə bilərdi – əsas cihazında media faylı açıb, onu ikinci cihaz vasitəsilə çəkə bilərdi, baxmayaraq ki, bu, etik olmayan və funksiyanın məqsədinə zidd bir hərəkət olardı.
    Mənbə: Wabetainfo
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPhone 6 Plus-da WhatsApp-ın dəstəyi bu ilin ortasına kimi dayandırıla bilər
    iphone-6-plus-da-whatsapp-in-desteyi-bu-ilin-ortasina-kimi-dayandirila-biler
    WhatsApp-ın iOS versiyasında bir neçə hesabın istifadəsi funksiyası test edilir
    whatsapp-in-ios-versiyasinda-bir-nece-hesabin-istifadesi-funksiyasi-test-edilir
    WhatsApp üçün süni zəka əsaslı çat-botlarla ünsiyyət imkanı hazırlanır
    whatsapp-ucun-suni-zeka-esasli-cat-botlarla-unsiyyet-imkani-hazirlanir
    Yaxın zamanda WhatsApp statuslarına mahnılar əlavə etmək mümkün olacaq
    yaxin-zamanda-whatsapp-statuslarina-mahnilar-elave-etmek-mumkun-olacaq
    WhatsApp daxilində süni zəka əsaslı çat-botların yaradılması funksiyası hazırlanır
    whatsapp-daxilinde-suni-zeka-esasli-cat-botlarin-yaradilmasi-funksiyasi-hazirlanir