main-post-cover

    VPN vasitəsilə daha ucuz qiymətə əldə edilmiş YouTube Premium abunəlikləri ləğv edilir

    Sosial Media
    21.06.2024
    Emil Nəcəfov
         Heç kim üçün sirr deyil ki, bir çox istifadəçi YouTube videoservisinin Premium abunəliyini daha ucuz qiymətə əldə etmək üçün VPN-dən istifadə edir. Bu üsul ilə istifadəçilər YouTube Premium-un daha ucuz qiymətə satıldığı ölkələrdə onu əldə edirlər. İndi isə məlum olub ki, videoservis VPN vasitəsilə digər ölkələrdə əldə edilmiş YouTube Premium abunəliyini ləğv etməyə başlayıb. Artıq bir çox istifadəçi və mənbə bu barədə məlumat veriblər.
        VPN üzərindən digər ölkələrdə əldə edilmiş YouTube Premium abunəliklərinin ləğv edilməsi prosesinə nə zaman start verildiyini söyləmək çətindir. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə YouTube Premium rəsmi olaraq Azərbaycanda da aktiv oldu. Hal-hazırda Azərbəycanda sözügedən abunəlikdən aylıq istifadə haqqı 6.59$ (11.20 azn) təşkil edir. Videoservisin VPN vasitəsilə əldə edilmiş Premium abunəlikləri ləğv etməsi heç şübhəsiz bu abunəliyin əldə edilməsində qənaət etmək istəyən istifadəçilərlə mübarizəyə istiqamətlənib.
         Google şirkətinin dəstək xidmətinin nümayəndəsi də təsdiqləyib ki, videoservis bu mövzu ətrafında olan Premium abunəliklərin ləğv edilməsinə istiqamətlənmiş təşəbbüsü işə salıb. Məlumatda qeyd edilib, VPN vasitəsilə ucuz qiymətə YouTube Premium əldə etmiş istifadəçilər videoservisin ödəniş xidməti şərtlərini pozduqları səbəbilə özlərinin Premium abunəliklərinin ləğvi ilə bağlı məlumatı elektron məktub və bildiriş vasitəsilə əldə edəcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    YouTube videolarına istifadəçilər tərəfindən faydalı qeydlərin əlavə edilməsi mümkün olacaq
    youtube-videolarina-istifadeciler-terefinden-faydali-qeydlerin-elave-edilmesi-mumkun-olacaq
    YouTube, Shorts-larda süni intellekt xülasəsi funksiyasını sınaqdan keçirir!
    youtube-shorts-larda-suni-intellekt-xulasesi-funksiyasini-sinaqdan-kecirir
    Google Lens funksiyası YouTube videoservisinə inteqrasiya edilib
    google-lens-funksiyasi-youtube-videoservisine-inteqrasiya-edilib
    YouTube, silahlı videolara "18 yaş məhdudiyyəti" qoyur!
    youtube-silahli-videolara-18-yas-mehdudiyyeti-qoyur
    Youtube, öz oyun xidmətini bütün istifadəçiləri üçün açıq elan edib!
    youtube-oz-oyun-xidmetini-butun-istifadecileri-ucun-aciq-elan-edib