main-post-cover

    Reddit Avstraliyanın sosial media qadağasına qarşı çıxır

    Sosial Media
    12.12.2025
    Sevinc Miralızadə
        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Reddit dünyanın ən böyük sosial platformalarından biri olsa da, Avstraliyada qüvvəyə minmiş yeni qanunun qarşısını almaq üçün diqqətçəkən arqument irəli sürüb. Şirkət iddia edir ki, 16 yaşdan aşağı şəxslərin sosial mediadan istifadəsini qadağan edən bu qanun həm azad siyasi ifadəni məhdudlaşdırır, həm də Reddit-in ümumiyyətlə “sosial media platforması” kimi təsnif edilməsinə uyğun gəlmir.
        Dekabrın 10-dan qüvvədə olan qanun 10 əsas sosial şəbəkəyə 16 yaşdan kiçik istifadəçilərin hesablarını deaktiv etməyi və onların platformanı istifadə etməməsini təmin etməyi tələb edir. Tənqidçilər bunun uşaqların hüquqlarını pozduğunu, şirkətlər isə “sosial media” anlayışının qeyri-müəyyən olduğunu bildirirlər. Şirkət vurğulayır ki, Reddit-in əsas məqsədi insanların sosial münasibətlərinə əsaslanan ünsiyyət deyil, bilik paylaşımı və mövzu mərkəzli müzakirələrdir. Platforma istifadəçilərin bir-birini “dost” kimi əlavə etmədiyini, şəxsi foto paylaşmadığını və sosial əlaqələr üzərində qurulan digər şəbəkələrdən əsaslı şəkildə fərqləndiyini qeyd edir.
        Reddit admini LastBluejay-in açıqlamasında bildirilir ki, qanun həm məxfilik, həm də siyasi ifadə azadlığı baxımından ciddi problemlər yaradır. Şirkət deyir ki, bu qanun həm yetkinlərdən, həm də yeniyetmələrdən müdaxiləedici və təhlükəli ola biləcək identifikasiya prosesləri tələb edir, həmçinin yeniyetmələri yaşlarına uyğun icmalardan və siyasi müzakirələrdən uzaqlaşdırır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Reddit təsdiqləmə nişanlarını sınaqdan keçirməyə başlayıb
    reddit-tesdiqleme-nisanlarini-sinaqdan-kecirmeye-baslayib
    Avstraliyanın sosial şəbəkə qadağası alimlər üçün “təbii laboratoriya” yaradır
    avstraliyanin-sosial-sebeke-qadagasi-alimler-ucun-tebii-laboratoriya-yaradir
    Reddit r/popular bölməsini ləğv edir
    reddit-rpopular-bolmesini-legv-edir
    Reddit-də süni zəka botlarının iştirakı ilə qanunsuz təcrübə keçirilib
    reddit-de-suni-zeka-botlarinin-istiraki-ile-qanunsuz-tecrube-kecirilib
    Britaniyada TikTok və digər platformalar ilə bağlı ciddi araşdırmaya start verilib
    britaniyada-tiktok-ve-diger-platformalar-ile-bagli-ciddi-arasdirmaya-start-verilib