Instagram yeni funksiyası ilə valideyn nəzarəti imkanını gücləndirib
Sosial Media
18.09.2024
Emil Nəcəfov
Instagram yeniyetmə istifadəçilərin qorunmasına və onlar üzərində valideyn nəzarətinin gücləndirilməsinə istiqamətlənmiş Teen Accounts adlı yeni funksiyasını istifadəyə verib. Bu funksiya vasitəsilə valideynlər öz övladlarının sosial şəbəkədəki aktivliklərini idarə edə, onları arzuolunmaz kontentlərdən qoruya və onların tanımadıqları şəxslərlə qarşılıqlı əlaqələrini məhdudlaşdıra biləcəklər. Teen Accounts funksiyası Instagram-ın 16 yaşdan aşağı bütün istifadəçilərində avtomatik olaraq aktivləşir. 16 yaşdan aşağı istifadəçilərin hesablarının digər istifadəçilərin hesabları ilə qarşılıqlı əlaqələri, onların müəyyən kontentlərə keçidləri və sosial şəbəkədə keçirdikləri zaman məhdudlaşdırılacaq.
Instagram yaxın aylar ərzində ABŞ, Böyük Britaniya, Kanada və Avstraliyadan başlayaraq yeniyetmələrin mövcud və yeni hesablarını bu cür çalışma rejiminə keçirtməyi planlaşdırır. Məlumata əsasən bu çalışma rejimi çərçivəsində bir sıra təhlükəsizlik mexanizmləri reallaşdırılacaq. Belə ki, yeniyetmə istifadəçilər yalnız abunə olduqları və daha öncə artıq ünsiyyətdə olmuş olduqları istifadəçilərdən mesaj qəbul edə biləcəklər. Bundan əlavə olaraq yeniyetmələri fotolarda və şərhlərdə qeyd etmək də məhdudlaşdırılacaq. Bu cür istifadəçilər üçün özəl mesajlarda və şərhlərdə qeyri-etik ifadələrin işlədilməsi mövzusunda avtomatik filtr işə düşəcək. Yeniyetmələr üstəlik müəyyən mövzulu kontentləri izləyə bilməyəcəklər.
Instagram-dan çox istifadə edən yeniyetmələr üçün sosial şəbəkə Sleep Mode rejimini hazırlayıb. Bu rejim Instagram-dan olan bildirişləri saat 22:00-dan 07:00-a kimi deaktiv edir. Bundan əlavə olaraq Instagram yeniyetmə istifadəçiyə 1 saatlıq istifadədən sonra fasilənin verilməsini təklif edir. Valideynlər isə öz övladlarının Instagram-dan istifadə zamanları üzrə məhdudiyyətlər təyin edə və müəyyən saatlarda tətbiqdən istifadə imkanını ümumiyyətlə bloklaya bilərlər. Ümumilikdə valideynlər öz övladlarının Instagram daxilindəki aktivliklərinin nəzarəti mövzusunda daha çox imkanı əldə edirlər. Onlar övladlarının son 1 həftə ərzində kimlərlə ünsiyyətdə olduqlarına nəzər yetirə biləcəklər. Bununla belə onlar övladlarının mesajlarını oxuma kimi bir imkana sahib deyillər. Bundan əlavə olaraq valideynlər övladlarının Instagram-dakı məsləhətlər bölməsində hansı mövzulara abunə olduqlarını izləyə bilərlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Meta-dan şok etiraf: "Bütün şəkilləriniz əlimizdədir!"
Meta-dan şok etiraf: "Bütün şəkilləriniz əlimizdədir!"
Meta, süni intellekt təlimi üçün Facebook və Instagram proqramlarındakı istifadəçi məlumatlarından istifadə etdiyini etiraf edib.
Instagram-da Strories paylaşımlarına şərh bildirmək funksiyası istifadəyə verilib
Instagram-da Strories paylaşımlarına şərh bildirmək funksiyası istifadəyə verilib
Instagram Stories paylaşımları üçün nəzərdə tutulmuş yeni funksiyanı istifadəyə verib. Söhbət, Stories paylaşımlarına şərhlərin bildirilməsindən gedir.
Instagram-a yüklənən fotolara mətnlərin əlavə edilməsi funksiyası istifadəyə verilib
Instagram-a yüklənən fotolara mətnlərin əlavə edilməsi funksiyası istifadəyə verilib
Instagram öz platformasına yüklənən fotolara mətnlərin əlavə edilməsi prosesini sadələşdirən yeni funksiyasını təqdim edib.
Instagram paylaşımlarında foto və video limiti artırıldı!
Instagram paylaşımlarında foto və video limiti artırıldı!
Instagram, bu gün istifadəçilərini sevindirəcək yeni funksiyasını paylaşıb. İndiyə qədər 10 foto və ya video ilə məhdudlaşan Instagram paylaşımlarına indi daha çox məzmun əlavə etmək olar.
Google və Meta-nın uşaqları hədəf alan gizli ortaqlığı üzə çıxıb!
Google və Meta-nın uşaqları hədəf alan gizli ortaqlığı üzə çıxıb!
Google və Meta sosial media platformaları, YouTube və Instagram vasitəsilə uşaqları hədəfə alıb. Reklam siyasətləri ilə uşaqları cinsiyyətçi reklamlara məruz qoyan şirkətlər, ortaqlıqları üzə çıxdıqdan sonra planlarından əl çəkiblər.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
Yeni araşdırmalara görə, kosmosdakı kosmonavtların idrak qabiliyyətləri getdikcə zəifləməyə başlayır!