main-post-cover

    Instagram Reels-də göstərilən videolara nəzarət imkanı yaradıb

    Sosial Media
    10.12.2025
    Sevinc Miralızadə
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Instagram Reels bölməsində istifadəçilərə göstərilən videolar üzərində daha çox nəzarət imkanı verən yeni süni intellekt əsaslı funksiyanı istifadəyə təqdim edib. “Your Algorithm” adlanan yeniləmə sayəsində istifadəçilər artıq platformanın onların fəaliyyətinə əsasən müəyyən etdiyi mövzulara görə, istəmədiklərini silə və ya yeni mövzular əlavə edə biləcəklər. Bu, Reels lentinin daha dəqiq və şəxsi zövqə uyğun formalaşmasına şərait yaradır.
    Instagram gives you
        Şirkət açıqlamasında bildirib: “Zaman keçdikcə maraqlarınız dəyişir və biz sizin Instagram təcrübənizi daha nəzarətli etmək istəyirik. AI sayəsində Reels tövsiyələrinizi formalaşdıran mövzuları asan şəkildə görüb fərdiləşdirə bilərsiniz”.
        Funksiya bu gündən ABŞ-də aktivdir və yaxın vaxtlarda ingilis dilində qlobal miqyasda da istifadəyə veriləcək. İstifadəçilər Reels videolarının yuxarı sağ küncündə yerləşən iki ürək formasını xatırladan ikonaya toxunaraq bu menyuya daxil ola biləcəklər. Burada AI tərəfindən yaradılmış mövzu siyahısını görmək, seçimləri dəyişmək və hətta həmin maraq siyahısını Story-də paylaşmaq mümkündür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Instagram paylaşımlarına gizli SEO başlıqları əlavə edir
    instagram-paylasimlarina-gizli-seo-basliqlari-elave-edir
    Facebook və Instagram istifadəçiləri üçün yeni apellyasiya dövrü başlayır
    facebook-ve-instagram-istifadecileri-ucun-yeni-apellyasiya-dovru-baslayir
    Meta orijinal Reels kontentini icazəsiz istifadə edənlərə qarşı yeni alət təqdim edib
    meta-orijinal-reels-kontentini-icazesiz-istifade-edenlere-qarsi-yeni-alet-teqdim-edib
    Instagram-da Reels videolarının baxış tarixçəsi imkanı istifadəyə verilib
    instagram-da-reels-videolarinin-baxis-tarixcesi-imkani-istifadeye-verilib
    Avropa Birliyi Tiktok, Facebook və Instagram-ı şəffaflıq qaydalarını pozmaqda günahlandırıb
    avropa-birliyi-tiktok-facebook-ve-instagram-i-seffafliq-qaydalarini-pozmaqda-gunahlandirib